XƏSTƏLİYİMİZİN TARİXÇƏSİ

09:58 / 14.11.2013

"Biz ölərik, meydanı tərk etmərik!" İllər öncə, bu ritmik çağırışın siyasi əsaslandırması ilə məşğul olaraq, plastilindən bir ideallar yığnağı düzəltdik. Sovet tankının yumşaq bir həmləsi ilə qarşılaşan kimi, ölməyi ağlımızın ucundan keçirmədən meydandan uzaqlaşdıq. İlk dəfə plastilin burada əriməyə başladı. Ardınca: "Biz ölərik, Qarabağı vermərik!" deyə, plastilindən ikinci bir ritmik ideallar yığnağı düzəltdik. Bu dəfə də rus-erməni tankının bir az ağır həmlələri ilə qarşılaşan andan yenə də plastinimiz əriməyə başladı. Qarabağ savaşınin yekununda hazırlıqsız bir xalq, yalnız məğlubiyyət acısı yaşamadı. Döyüşü də uduzmuş, savaşı da uduzmuş bir xalq həm də uzun əsrlər sonraya eyni Kərbəla müsibəti kimi, bir Qarabağ müsibəti içində ömür sürməkdən təskinlik duymağa başladı. Necə olsa ağlamaq vardı, sızlamaq vardı, məzlumluqdan, yazıqlıqdan həzz almaq vardı...Vətən yolunda şəhidi də oldu, erməni obrazında Yezidi də oldu, Şaxsey-Vaxsey ağısına bənzər Qarabağ şikəstəsi də oldu. Ancaq nə yazıq ki, o zamandan Doğru İslama doğru qayıda bilmədiyimiz kimi, Qarabağa da qayıda bilmədik.

Sonda da gözəl şairimiz Ramiz Rövşənin diliylə Meydana da, Qarabağa da bir adam başı qatırmışcasına "Mən sənsiz ölmədim, məni bağışla!" deyərək ritmimizi və pafosumuzu yekunlaşdırdıq.
Ritmimiz və pafosumuz itəndən sonra indi çoxumuz bu Vətənin statistik yalanlarla örtünmüş bədənini açıb xəstəlik tarixçəsi ilə maraqlanmağa qorxuruq. Bu minvalla da siyasət düşüncəmizin yanlışlığının acısını hələ uzun illər canımızda hiss edəcəyik. Bizlər Elçibəy dünyagörüşü üzərində tarixə və siyasətə baxış imkanı qazananlar, özümüzü inandırdığımız bu plastilindən düzəltdiyimiz idealları müzakirəyə çıxarmaqdan hələ də çəkinirik. Ehkamımız budur ki, milləti reallaşması zor olan böyük hədəflərlə yükləməli, onun gücünü və imkanlarını şışırdərək, özünün böyüklüyünə inandırmalıyıq. Bəs sonra? Biz plastilin ideyalardan evciklər qurmağa başımızı qarışdırarkən, gözümüzün qabağında tamamilə başqa bir Azərbaycan Evi quruldu. İndi bu Azərbaycan Evində kerosin iyindən dumanlanmış başımızla yeni bir arxayınçılıq və analoqsuz inkişaf dövrü yaşayırıq və əslində bu dövr savaş durumundan daha təhlükəli görünür.
Gerçəkliyin adı budur ki, biz Azərbaycanın bütün problemlərinin həllini dondurmuşuq. Ona görə yox ki, mənfur beynəlxalq aləmin gözü bizləri götürmədiyindən onların həlli mümkün deyil. Sadəcə bir səbəbə görə ki, zaman aşımında öz sabit xarakterini və doğru dəyərlərini müəyyənləşdirməmiş bir cəmiyyətik. Üstəlik də ən çox qorxduğumuz şey varlığımıza, keçmişimizə, gələcəyimizə aid məsələlərin sağlam və səviyyəli müzakirəsinə başlamaqdır. Uzun illər tarix, din, milli xarakter, demokratik dövlət məsələləri müzakirə menyusundan çıxarıldığından, mövzuya giriş üçün ipucunu da itirmişik sanki... Gələcək barədə qafamızda sistemli düşündüyümüz heç bir proqram yoxdur və bu gedişlə olması da gözlənilən deyil. Məni statistik mənada maraqlandırmır ki, hansısa sahədə Azərbaycan dünyada neçənci yerdədir. Maraqlandıran və düşündürən bir şey var: Azərbaycan yerdədir və onu qaldırıb hərəkətə gətirmək lazımdır. 
Azərbaycan cəmiyyətində hansısa dəyərlərin doğru-yanlışlığı barədə müzakirələrə girməkdən ağır bir iş təsəvvürə gətirməyin. Fikrimcə, cəmiyyətə mövcud vəziyyətimizə yönəlik iki cür baxış olmalıdır: Birinci, sağlamdır, müayinə və müalicəyə ehtiyac duyulmur. Ancaq orqanizmin bəzi yerlərində ağrılar var, profilaktik tədbirlərin görülməsi bu sağlamlığı qalıcı edə bilər. İkinci, xəstədir, müalicəyə dərhal başlanılmasa, xeyli gec olacaq və bu orqanizm tənəzzülə doğru gedəcək. 
Bilərəkdən hər dəfə ikinci baxışı önə çəkirəm. Bilərəkdən hər dəfə o mövzulara toxunuram ki, birmənalı münasibətlə qarşılaşmayacağam. Ancaq haçan ki, xəstəlik tarixindən söz açmaq istəyəndə dərhal "ağıllı məsləhətlərin", təhqir və böhtanların axınına uğrayırsan. Bu mövzuya girmək olmaz, bizim dəyərləri təftiş etmək olmaz, filan qəhrəmana ilişmək olmaz, bu mövzunun vaxtı deyil və sairə, və ilaxır hazır test cavablarını içinə sindirməli olursan. Siyasi düşüncəmə görə, inancıma görə atılan böhtanların, edilən məqsədyönlü təhriflərin qaraltısında təsəlli sayılabilən o işığı görürəm. Buyurun, əllərində Vətən haqqında saxta sağlamlıq arayışları gəzdirən yalançı vətənpərvərlər, zəncirbazlar, kəndirbazlar. Xəstəlikdən utanılmaz, onu gizlətməkdən, müalicə etməməkdən utanılar. Azərbaycanın xəstəlik tarixini doğru anlamaq üçün ilk növbədə tariximizin və tarixçilərimizin xəstəliyini çözmək vacibdir. Xəstəlik tariximiz Kitab əvəzinə Zənciri seçməyimizdən başlayır. Xəstəlik tariximiz əsr yarım öncə Rus ordusunda hərbi xidmət keçməməkdən başlayır. Xəstəlik tariximiz Qori seminariyasında təhsildən yayınmaqdan başlayır. Xəstəlik tariximiz plastilindən düzəldilən ideyalara özümüzü inandırmağımızdan başlayır. Və onlarla sadalaya biləcəyimiz detalları olan bu xəstəlik tariximızın yekunlarından biri də, məhz itirdiyimiz, qaytara bilmədiyimiz və bu ağılla, imanla qaytara bilməyəcəyimiz Qarabağdır. Ruhumuzun ekoloji təmizliyi olan Qarabağı itirdikdən sonra, vücudumuzun qanqreni olan Qarabağla necə davranacağımızı belə açıq söyləməkdən qorxuruq. 
İnandırmaqdan öncə, inandığını yaşamaq və söyləmək cəsarətinə sahib olmaq lazımdır. Bunu inananlar, inanmayanlara mütləq söyləsin.

Fazil Mustafa,
Milli Məclisin deputatı
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM