Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sensasion bəyanatla Rusiya Xarici İşlər Nazirliyi Silahlara Nəzarət Departamentinin direktoru Mixail Ulyanov çıxış edib.
“Krımda hazırda nüvə silahının olub-olmaması mənə məlum deyil. Belə planların mövcud olub-olmaması barədə də heç nə bilmirəm. Amma Rusiyanın Krımda nüvə silahı yerləşdirməsi prinsip etibarilə tamamilə mümkündür” - deyə M.Ulyanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.