Bu barədə Trend “TASS” agentliyinə istinadən xəbər verib.
Məlumata görə, xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.
Hələki ölən Azərbaycan vətəndaşının bir nəfər olduğu bildirilir. Tatarıstan Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, o, 1995-ci il təvəllüdlü Paşayev Pərviz Elman oğludur.
* * *10:00
Rusiyanın Kazan şəhərində güclü yanğın baş vermiş “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı daha üç cəsədin qalıqları aşkarlanıb. Beləliklə, yanğın qurbanlarının sayı 10-a çatıb.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya FHN-nin Tatarıstan üzrə İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin bildirib. Onun sözlərinə görə, sayca səkkizinci cəsəd yerli vaxtla 00.15-də, doqquzuncu meyitin qalıqları 01.15-də aşkarlanıb.
“13.03.2015-ci il saat 05.00-a olan məlumata görə isə ölənlərin sayı 10 nəfərdir... Bu gün 04.58-də şəxsiyyəti məlum olmayan daha bir kişi meyiti aşkarlanıb. Xilasedicilər hadisə yerində dağıntıların yığışdırılmasını davam etdirirlər”, - deyə məlumatda bildirilir.
Məlumatda, dağıntılar altında, həmçinin, FHN-in polkovnik-leytenantının qaldığı bildirilir. Onun son anadək ticarət mərkəzində qalan insanları xilas etməyə səy göstərdiyi, lakin binanı tərk etməyə macal tapmayaraq uçqun altında qaldığı bildirilir. “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur.