Günel ADIGÖZƏLOVA, Siyasi elmlər üzrə fəlsəfə doktoru
(III məqalə)
Azərbaycan və Türkiyənin əlverişli geosiyasi və geostrateji mövqeləri ölkələrimizi yalnız bir-biri üçün deyil, ümumən dünya üçün mühüm məkana çevirmişdir. Bu isə öz növbəsində, qloballaşma, inteqrasiya proseslərinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövrdə dövlətlərimizə öz gələcəklərini tarixi həqiqətlər və ümumi mədəni dəyərlər üzərində qurmaları üçün əlverişli zəmin yaratmışdır. Azərbaycan-Türkiyə əməkdaşlığı və tərəfdaşlığı məhz göstərilən amillərin təsiri altında qısa, lakin zəngin tarixi inkişaf yolu keçərək bu gün artıq strateji müttəfiqlik müstəvisinə keçmişdir.
Sovetlər Birliyinin 15 müttəfiq respublikasından biri olduğu 70 il ərzində Azərbaycanın Türkiyə ilə əlaqələri SSRİ ilə Türkiyə arasında imzalanmış müqavilə və sazişlər, digər beynəlxalq sənədlər nəzərə alınmaqla qurulmuşdur (yalnız iqtisadi, ticarət və mədəni əlaqələr olmuşdur). Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdır. Keçən əsrin 80-ci illərdə Türkiyənin Sovet İttifaqı ilə ticarət-iqtisadi münasibətlərində müəyyən canlanma müşahidə edilməyə başlandı. Lakin həmin dövrdə də ermənilər Sovet-Türkiyə münasibətlərinin bütün istiqamətlərini inhisara almışdılar. Xarici İşlər Nazirliyinin Orta Şərq ölkələri ilə əlaqələr şöbəsində, Xarici Ticarət Nazirliyində, Dövlət İqtisadi Əlaqələr Komitəsində, Mədəniyyət Nazirliyində, hətta Beynəlxalq Kitab Birliyində, yəni xarici siyasət və xarici ticarətlə məşğul olan bütün ittifaq təşkilatlarında özlərinə möhkəm yuva quran ermənilər Azərbaycanla Türkiyə arasında hər hansı əlaqələrin yaranmasına müxtəlif yollarla mane olur, mərkəzi hakimiyyət orqanlarını inandırmağa çalışırdılar ki, Türkiyə ilə münasibətlər nəticəsində müsəlman respublikalarına pantürkizm ideyaları sirayət edə bilər.
Türkiyə Cümhuriyyəti Azərbaycanda baş verən prosesləri xüsusi bir maraqla müşahidə etmişdir. Məsələn, Azərbaycan xalqının müstəqillik mübarizəsində 1990-cı ildə yaşanan 20 yanvar faciəsi Türkiyədə ictimaiyyəti ayağa qaldırmış, media, universitetlər, hökumət və sıravi vətəndaşlar Bakıda törədilən bəşəri cinayəti kəskin tənqid etmiş, Azərbaycan xalqı ilə bir yerdə olduqlarını bəyan etmişdilər.
20 yanvar faciəsini törətmiş SSRİ rəhbərliyi Azərbaycan xalqının müstəqillik arzusu və iradəsinin qarşısını ala bilmədi. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi müstəqillik haqqında Konstitusiya Aktl qəbul etdi və oktyabrın 29-da dünya dövlətlərini və BMT-ni bu müstəqilliyi tanımağa çağırdı.
Müstəqillik ərəfəsində Türkiyədən Azərbaycana gələn ilk nümayəndə heyyəti Türkiyə Xarici İşlər Nazirliyinə məxsus olmuşdur. Bakıya olan bu səfər 1991-ci il sentyabrın 12-14 reallaşmışdır. Həmin heyyət Bakıda rəsmi görüşlər keçirdikdən sonra geri qayıdaraq Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə məhz Türkiyənin olması ilə bağlı hökumətə hesabat təqdim etmişdir. Nəticədə 1991-ci il noyabr ayının 9-da Türkiyənin Baş naziri Məsud Yılmaz Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən rəsmən tanınması haqqında bəyanat verdi. Obyektivlik naminə onu da qeyd edək ki, Türkiyənin bu addımı dünya birliyinin bəzi dövlətləri tərəfindən heç də birmənalı qarşılanmamışdır. Məsələn, bu hadisədən dərhal sonra ABŞ Türkiyəyə bir qədər tələsməməyi məsləhət bildi. Rəsmi Vaşinqtonun mövqeyinə görə, dünyanın digər fövqəldövləti olan Sovet İttifaqının mövcudluğu şəraitində belə tələskənlik beynəlxalq gərginliyi artıra bilər. Bu mövqeyə cavab olaraq 1991-ci il noyabr ayının 11-də Türkiyə Respublikasının Xarici İşlər naziri Səfa Gəray bəyanatla çıxış etdi və bildirdi ki, Sovet İttifaqının əsaslı islahatlar mərhələsinə daxil olması bütün dünyada olduğu kimi, Türkiyə-Sovet münasibətlərinə də müsbət təsir göstərmişdir. Türkiyə öz qonşusu ilə dosluğa və səmərəli əməkdaşlığa həmişə böyük əhəmiyyət vermişdir və indi də bu dövlət ilə münasibətləri qarşılıqlı hörmət əsasında qurur. Hazırda Türkiyə Respublikası yeni türk dövlətlərinin müstəqilliklərini tanımaq məsələsini özünün SSRİ-yə münasibətdə ümumi siyasəti çərçivəsində müzakirə edir. Azərbaycanın istiqlaliyyətini tanımaq haqqında Türkiyə hökumətinin qərarı isə türk xalqının iradəsini ifadə edir.
Bunun ardınca rəsmi Ankara 1992-ci il 14 yanvar tarixində Azərbaycanla diplomatik əlaqələri bərpa etmişdir. 1992-ci ilin may ayında Türkiyənin Azərbaycanda səfırliyi açılmışdır. Azərbaycanın isə Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayından fəaliyyət göstərməyə başlamışdır. Ölkəmizin 1993-cü il yanvar ayından etibarən İstanbul şəhərində Baş Konsulluğu işə başlamışdır. Azərbaycanın və Mərkəzi Asiyanın türkdilli respublikalarının BMT-yə qəbulunda da Türkiyənin təşəbbüslə çıxış etməsi qurumda müvafıq müzakirələrə start vermiş və müsbət nəticə ilə yekunlaşmışdır.
Qeyd etmək yerinə düşərdi ki, 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildikdən sonra da ilk olaraq məhz Türkiyə onunn müstəqilliyini tanımış, siyasi və diplomatik münasibətlər qurmuşdu. 1920-ci il aprel işğalından sonra da SSRİ-nin təşkilinə qədər Azərbaycanın Türkiyədə nümayəndəliyi mövcud idi.
Yuxarıda sadalanan reallıqlar kontekstində ilk olaraq Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik münasibətlər quran Türkiyə Respublikasının növbəti mühüm addımını 1992-ci il noyabr ayının 2-də atdı. Həmin vaxt Ankarada, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və həmrəylik haqqında» imzalanmış saziş imzalandı. Bu sənəddə ikitərəfli əməkdaşlığın geniş spektrinə dair məsələlər öz əksini tapmışdır. Bundan savayı, «Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası höküməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında» Saziş, «Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası höküməti arasında mütəxəssis kadrların hazırlığı haqqında» Protokol, «Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında» Protokol, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında avtomobil daşımaları haqqında» Saziş, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında» Müqavilə, »Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Komitəsi və Türkiyə Respublikası Radio və Televiziya Komitəsi arasında əməkdaşlıq» Protokolu, «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında kiçik və orta həcmli sənaye müəssisələrini inkişaf etdirmək sahəsində texniki əməkdaşlıq haqqında» Protokol, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında kredit haqqında» Saziş və digər mühüm sənədlər Ankara-Bakı münasibətlərinin inkişafı üçün lazımi hüquqi-normativ bazanı yaratmış oldu.
Türkiyənin müstəqilliyin ilk illərində Ermənistanın blokada vəziyyətində saxladığı Naxçıvana göstərdiyi köməklik xüsusilə misilsiz əhəmiyyətə malik idi. Təsadüfı deyildir ki, 1992-ci ilin martın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Türkiyə Prezidenti Türqut Özalın və Baş Nazir Süleyman Dəmirəlin xüsusi dəvəti ilə Türkiyəyə rəsmi səfər etmiş və rəsmi Ankara tərəfindən Naxçıvana maliyyə, iqtisadi və texniki yardım göstərilməsi haqqında, o cümlədən 100 mln. dollar məbləğində kredit ayrılmasını və hər il 100 nəfər tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə əməkdaşlıq protokolunu imzalamışdır. Bununla da Turkiyə istənilən şəraitdə Azerbaycanın yanında oldugunu bir daha təsdiqləmişdir.
Ardı vardır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM