ANS PRESS-in məlumatına görə, xanım Solberq Türkiyə ilə olan münasibətlərin çox əhəmiyyətli olduğunu deyərək qondarma soyqırımı tədbirlərinə qatılmayacağını açıqlayıb.
Tədbirlərdə xarici işlər nazirinin də iştirak etməyəcəyini bildirən Norveç baş naziri Ermənistandakı səfirlərinin tədbirə qatılma ehtimalını istisna etməyib.
Baş nazirin müşaviri Baard Qlad Pedersen isə bu kimi məsələlərdə tarixçilərin qərar verməsinin doğru olacağını deyib: “Bu, illərdir müzakirə olunan bir mövzudur. Amma nəyin soyqırımı olub-olmadığı BMT qərarıyla müəyyənləşir. Ona görə də bu məsələni tarixçilərin dəyərləndirməsi doğru olar. Digər ölkələrdəki tədbirlərdə ölkələri səfirlərin təmsil etməsi çox təbiidir”.