Bu barədə milli.az-a hadisə şahidləri məlumat verib. Belə ki, dava Yevlax rayonundan gələn gənclər arasında baş verib. Davaya 12 maşınla gələn şəxslər soyuq silahla və armatur parçaları ilə silahlanıblar. Güclü dava zamanı bıçaqlanan və yaralananlar olub.
Kütləvi davanın hansı səbəbdən baş verməsi açıqlanmır. İşi araşdıran Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Anar Dəmirçiyev istintaq sirri olduğundan sayta açıqlama verməkdən imtina edib.
Saytın başqa mənbələrdən əldə etdiyi məlumata görə, davaya səbəb narkotik olub. "Sovetski"də yaşayan narkotacirdən mal alan şəxslər onun saxta və ya keyfiyyətinin aşağı olmasının şahidi olublar. Elə dava da bunun üstündə baş verib.
Hadisə 3 gün əvvəl baş versə də, mediadan ciddi-cəhdlə gizlədilib. Təfərrüatlar barədə heç bir məlumat verilmir.