Virtualaz.org saytı xəbər verir ki, həmin çadırlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qurulub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev saytımıza açıqlamasında bildirdi ki, çadırların qurulmasında məqsəd Novruz bayramı ərəfəsində satışın həyata keçirilməsidir.
Səyyar köşk-çadırlarda bayram süfrəsi üçün lazım olan məhsullar satılacaq. Bayram çadırları digər metro stansiyalarının da qarşısında qurulacaq.
Qeyd edək ki, çadırların qurulmasına bu gün start verilib. Onlar hələ ki, “Elmlər Akademiyası” və “İçərişəhər” metrolarının qarşısında qurulub.
* * * 11:11
Bakıda sirli çadırlar qurulub.
ANS PRESS-in məlumatına görə, çadırlar bu gün səhər saatlarında metronun bəzi stansiyalarının qarşısında qurulub.
“Elmlər Akademiyası”, "İçərişəhər" stansiyalarının qarşısındakı çadrlar həcminə görə kiçikdir.
Onun hansı məqsədlə qurulduğu bəlli deyil. Yaxınlıqda olan satıcılar, avtobusların intervalına nəzarət edən dispetçerlər və ətrafda olan polis əməkdaşları da çadırın hansı məqsədlə qurulduğunu bilmirlər.
Bakı Şəhər İcra Hakimiyyətindən də məsələyə heç bir açıqlama verilməyib. Bakı meriyasından bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur.
Çadırlarda bayramla bağlı satışların olacağı istisna deyil.