"Report" xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən “Çahargah” otelinin qarşısında baş verib.
Belə ki, Abbasova Fatimə Müzəffər qızı, onun bacıları - Abbasova Kifayət Müzəffər qızı və Həsənova Səidə Müzəffər qızı həmin otelə tanışları ilə birlikdə əylənməyə gedib.
Əyləncə məclisi başa çatandan sonra isə bacılar otelə gəldikləri “Fiat” markalı avtomobilə əyləşən zaman avtomobilin şüşələrinin sındırıldığını görüblər.
Məlum olub ki, K.Abbasova və F.Abbasovanın avtomobildəki çantalarından ümumilikdə 200 manata yaxın pul oğurlanıb.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.