Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavabında bildirib ki, Bakı şəhər Prokurorluğu Xətai rayon məhkəməsinin qeyd edilən qərarından apelyasiya protesti verib. Həmin protestə bu gün saat 17:00-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Xəzər Universitetinin təsisçinin qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Faktla bağlı 14.03.2015-ci ildə onlara Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib.
14.03.2015-ci il tarixdə hər iki təqsirləndirilən şəxs barəsində Bakı şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən, iki qardaş - Zaur və Elin Məmmədovlar məhkəmə zalından azad ediliblər.