Səbinə Abbasova "Fəlsəfə Məktəbi"ndən danışdı

13:32 / 17.03.2015

 " Gənclərlə öz ailələri, müəllim və dostları ilə apara bilmədikləri mövzularda söhbətlərin aparılması onları sabahın sürprizlərinə qarşı sığortalamış olacaq"

  Strategiya.az-a verilən məlumata görə, "SAF Həyat Naminə"  Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova Gənclər Fondunun dəstəyilə icrasına başladıqları "Gənclərin Fəlsəfə Məktəbi"- layihəsindən danışıb. Həmin fikirləri olduğu kimi sizlərə təqdim edirik:

 

" Bu günün gənci artıq nə keçmiş Sovetlər Birliyinin gənci deyil, nə də müstəqilliyini yenicə qazanan, daxili və xarici münaqişələrin vurduğu zərbələri dəf etməyə çalışan, keçid dövrünü yaşayan Azərbaycanın. Bu günün gənci artıq Avropaya inteqrasiya edən, öz inkişaf dinamikasina görə dünyanın qabaqcıl ölkələri sırasında olan bir dövlətin gəncidir. Hər zəmanənin gəncinin dünyagörüşü, intelekt və fəlsəfəsi başqa dövrlərdəkindən fərqli olduğu kimi bu günün gənci də artıq 20 il əvvəlki gənclik kimi düşünmür. Ancaq təəssüf ki, hər yaxşının da içərisində bir narahat doğuran məsələlər, problemlər olur. Bu gün  görürük ki, çox vaxt paytaxt Bakıda yaşayan gənclərin dünyagörüşü ilə regionlarda yaşayan gənclərin dünyagörüşü və intelekti üst-üstə düşmür. Baxmayaraq ki, bütün rayonlarda hətta ucqar dağ kəndlərində belə internetdən istifadənin asanlaşdığı bir dövrdə yaşayırıq. Regionlarda yaşayan gənclərin dünyagörüşlərinin paytaxta yaşayan gənclərimizdən fərqli olması ilk baxışdan elə də ciddi bir problem kimi görünməsə də bəzən zaman keçincə ağır fəsadlara yol açır. Bu həmin gənclərimizin iş, təhsil, ailə və ya digər səbəblərdən paytaxtda, istərsə də, digər ölkələrdə yaşamağa başladığı elə ilk günlərdən birüzə verməyə başlayır.  Fikir və dünyagörüşü ziddiyyətlərinin olması həmin gənclərin bəzən tək qalmasına, özünəqapanmasına və hətta bəzən intiharlara və ağır cinayətlərə də yol açır. Halbuki regionda yaşamasından və gələcəkdə hansı sənətin sahibi olmasından asılı olmayaraq istənilən gənc həyatın bütün sınaqlarına, qarşıda onu gözləyən yaxşı və pis sürprizlərə hazırlıqlı olmalı, layiqli vətəndaş kimi yetişməyi bacarmalıdır. Belə olduqda o evindən çıxarkən ata- anasının yaxşılığını düşündüyü kimi, ölkəmizdən kənarda olduqda da öz əməlləri ilə vətənimizin firavanlığını düşünəcəkdir. Lakin çox təəssüf ki, bu gün müəyyən sosial problemlər səbəbindən ailələrdə uşaqlara mənəvi- fəlsəfi biliklər aşılanmır. Gələcəkdə yalnız yüksəkqazanclı bir işə sahib olmaq xəyalı ilə böyüyən uşaqlar bədii ədəbiyyata meyl göstərmir,  medianı diqqətdə saxlamırlar. İnternetdən yalnız oyun, əyləncə və tanışlıq məqsədi ilə isdifadə olunması, televiziya proqramlarında yalnız musiqi və şou verlişlərinə baxılması, eləcədə də, milli- mənəvi dəyərlərimizlə səsləşməyən əcnəbi serialların izlənilməsi, qorxu və fantastik filmlərə üstünlük verilməsi gənclərimizin dünyagörüşünə sarsıdıcı zərbə olur. Bəzən gənclərimizin vaxt bölgüsünü düzgün aparmaması, ailə başçılarının onların özəl həyatları ilə maraqlanmaması və bəzi sosial problemlər kimi müxtəlif  səbəblərdən gənclərin düzgün istiqamətlənməməsinə və onlarda intelektual- fəlsəfi fikirlərin formalaşmamasına gətirib çıxarır. Belə gənclər gələcəkdə hansı sahəni seçməsindən asılı olmayaraq mütəxəsis olmağa çalışmır, öz şəxsi həyatları barədə aydın düşünə bilmir və problemə düçar olduqda kimə müraciət edəcəklərini unudurlar".

 

Səbinə xanım onu da qeyd edib ki, icrasına başladıqları layihənin əsas məqsədi regionlarda yaşayan gənclərdə müasir dünyagörüşün, formalaşmasına çalışmaq, onları gələcəkdə qarşılaşacaqları problemlərə hazırlıqlı vəziyyətə gətirməkdir:

 

" Bu məqsədlə region gənclərinin bu sahədəki problemlərini araşdırıb, onlarla mütəmadi görüşlər təşkil edəcəyik. Bu asudə vaxt məktəblərinin "fəlsəfə məktəbi" adlandırılmasının əsas səbəbi burada gənclərimizə məhz fəlsəfi biliklərin aşılanmasıdır. Onlara bədii ədəbiyyatdan istifadənin vacibliyi, internet və televiziyadan səmərəli istifadə, eləcə də, vaxt bölgüsünün düzgün aparılması aşılanacaqdır. Gün ərzində həm təhsilə, həm fiziki və həm də fəlsəfi sağlamlığa vaxt ayırma imkanlarının olması əyani şəkildə onlara göstəriləcəkdir. Gənclər görəcəklər ki, onlar öz əyləncələrindən kənarda qalmadan da inkişaf edə bilərlər. Ayrıca gənclərin öz gördükləri işlərdən zövq almaları və həvəsləndirilmələri onlara ayrı bir əyləncə nəsib edəcəkdir. Gənclərlə öz ailələri, müəllim və dostları ilə apara bilmədikləri mövzularda söhbətlərin aparılması onları sabahın sürprizlərinə qarşı sığortalamış olacaq. Təhsil, iş, sevgi, ailə və digər özəl mövzularda müvafiq bilgilərin gənclərə çatdırılması bu gənclərdə sağlam fəlsəfi fikirlərin formalaşmasına gətirib çıxaracaqdır. Layihənin bir vəzifəsi də gənclərdə məişət üçün müəyyən əmək vərdişlərini inkişaf etdirməkdir. Belə ki,  istər tələbəlik, illərində istərsə də,  ailə qurduqdan sonra müəyyən problemlərin yaşanmaması üçün onlara kiçik təsərüfati bilgilər, məsələn, yemək hazırlama, tikiş tikmə, paltar ütüləmə, ağac əkmə, evdə xarab olmuş hər hansı bir əşyanı təmir etmə və s. veriləcək və onlar zövq aldıqları bu işləri sonradan daha da təkminləşdirməyə çalışacaqlar.

 

Eyni zamanda layihəyə qatılan gənclərin xüsusi istedları kəşf olunacaq və onlarla bu sahədə müvafiq işlər aparılacaq. "Fəlsəfə məktəb"inə qatılan gənclər arasından kəşf olunan həvəskar rəssam, yazar, aktyor və başqaları öz əsərlərinə bir başqa pəncərədən "fəlsəfə pəncərə"sindən baxacaqlar.  Çəkilən rəsmlər, karikaturalar, yazılan şeir və hekayələr, müxtəlif əl işləri, göstərilən müxtəlif tamaşalar, bəstələnib- ifa olunan mahnılar "məktəb"in digər üzvlərinin müzakirəsinə çıxarılacaq. Bu da onlarda özünəinam hissinin artmasına və təkamülünə səbəb olacaqdır. Ayrıca "fəlsəfə məktəbi"nə qatılan gənclərdən ibarət müxtəlif qruplardakı gənclər arasında vəzifə bölgüsü aparılacaq və onlara "məktəb" müddətində müvafiq simvolik vəzifələr veriləcək, bu vəzifələr qarşısında onlara məsuliyyət hissi aşılanacaq və bu tendensiya onlarda liderlik və natiqlik qabiliyyətinin təzahürünə səbəb olacaq.

 

 Gənclər sabah onları gözləyən sıxıntılara, yaxşı və pis sürprizlərə hazırlıqlı olmaqla nə vaxtsa depresiyaya düşməyəcək, nəticədə intiharların və cinayətlərin sayı azalacaq və bu da öz növbəsində təhsilin və həyatın digər mühüm sferalarının inkişafına gətirib çıxaracaq. Həmçinin, gənclər arasında keçirilən müxtəlif əyləncəvi proqramlar bu "məktəbi" həmin şagirdlər üçün unudulmaz edəcəkdir".

 

Qeyd edək ki, " Gənclərin Fəlsəfə Məktəbi"i layihəsinin təlimçisi gənc yazar Qurbanəli Ömərdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM