Əkiz və üçəm uşaqları olanlara əlavə pul veriləcək?

14:42 / 17.03.2015


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2011-ci ildə 1506 əkiz, 33 üçəm, 2012-ci ildə 2176 əkiz, 39 üçəm, 2013-cü ildə 2270 əkiz, 42 üçəm, 2014-cü ildə 3148 əkiz, 60 üçəm doğulub. Ümumilikdə yalnız son 4 il ərzində Azərbaycanda 9100 əkiz, 174 üçəm dünyaya gəlib.

Həkim-ginekoloq Nüşabə Fikrətli Trend-ə bildirib ki, əkiz və üçəm uşaqların doğulmasında əsas faktorlardan biri genetik amillərlə bağlıdır. Əgər nəsildə əkiz, üçəm uşaqların doğulması halları varsa, belə uşaqların dünyaya gəlməsi ehtimalı yüksək olur.

Ancaq son illərdə süni mayalandırma üsulundan istifadə belə körpələrin sayının artmasına səbəb olub.

Həkim-ginekoloq bildirib ki, son vaxtlar qadınlar hamilə qalmaq üçün daha çox müalicə edilirlər. Hamiləliyin baş tutması üçün isə stimulyasiya metodundan istifadə olunur. Stimulyasiya sayəsində hamilə qalan qadınlarda da əkiz və üçəm uşaqların doğulması halları çox olur.

Həkim bildirib ki, qadının bətnində iki və ya 3 döl olduqda onun hamiləliyinin normal başa çatması ehtimalı bətnində tək döl olan qadınlara nisbətən az olur. Buna görə də əkiz və üçəm uşaq dünyaya gətirəcək qadınların hamiləlikləri boyu daha çox həkim nəzarətində qalmalarına ehtiyac var.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Qasımlı Trend-ə bildirib ki, son illər Azərbaycanda yeni reproduktiv texnologiyaların tətbiqi nəticəsində əkiz və üçəm uşaqların doğulması hallarına daha tez-tez rast gəlinir.

Deputatın sözlərinə görə, bəzən belə uşaqlar sosial cəhətdən zəif olan ailələrdə doğulurlar. Buna görə də belə ailələrin sosial müdafiəsinin təşkili məsələsi ya qanunvericilik, ya da dövlət proqramı səviyyəsində öz həllini tapmalıdır: “Azərbaycanda bu gün sosial müdafiənin ünvanlılıq prinsipinə üstünlük verilir. Hansı ailənin sosial müdafiəyə ehtiyacı varsa, onun sosial müdafiəsi həyata keçirilir”.

M.Qasımlı bildirib ki, bu gün Azərbaycanda sosial müdafiəyə ehtiyacı olmayan ailənin uşaqlarının ümumi sayının, yaxud eyni vaxtda doğulan uşaqların sayının nəzərə alınması praktikası yoxdur. Dövlətin hazırkı prinsipinə əsasən, eyni vaxtda 2, 3 uşağın dünyaya gəldiyi imkanlı ailələrin dövlətin müavinətinə ehtiyacı yoxdur.

Deputat təklif edir ki, artıq Azərbaycanda əkiz və üçəm uşağı olan ailələrin sayı daha çox olduğuna görə statistik hesablamalar aparılmalıdır və onlar üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər.

Bu güzəştlərin nələrdən ibarət ola bilməsinə gəldikdə, M.Qasımlı hesab edir ki, bunun üçün dövlət tərəfindən yeni müavinət növlərinin təyin edilməsinə ehtiyac yoxdur: “Ola bilər ki, bunun üçün dövlət tərəfindən birdəfəlik müavinət verilə bilər. Ancaq yerli icra orqanları, bələdiyyələr səviyyəsində də onlara aylıq müavinətlər verilə bilər”.

MM üzvünin sözlərinə görə, belə ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırıla, uşaqlara qulluq üçün xüsusi personal ayrıla və ya onların sayı artırıla bilər. Bununla yanaşı, evdə müəyyən məişət işlərinin görülməsi üçün xüsusi personalın ayrılması məsələsinə baxıla bilər.

Azərbaycanda üçəm uşaqları doğulan ailələr üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə bir müddət əvvəl bildirilmişdi ki, yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsinə uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsi məsələsi daxil edilib.

Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, yeni sənəd layihəsində belə ailələr üçün dövlət dəstəyinin daha da gücləndirilməsi təklif edilir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM