Rektorun qızını döyən şəxslərin anası DANIŞDI - VİDEO

22:11 / 17.03.2015

Gülnarə Məmmədova: “Mən o qadını tanımıram, oğullarım onu...”

Bu gün Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərin məhkəməsi keçirilib.

 
 
Hadisədə təqsirləndirilən qardaşlar - Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova məhkəmə qarşısında musavat.com-a açıqlama verib. 
 
O, oğlanları barəsində yayılan məlumatların həqiqət olmadığını deyib. Və jurnalistlərə öz iradını bildirib: "Mən özüm də sizin kimi jurnalistəm. Vaxtı ilə Rusiyanın "ORT" kanalında çalışmışam. Amma heç vaxt yalan informasiya yazmamışam. "ORT" kanalından ayrılma səbəbim də bu olub. Mən medianın yazdıqlarını oxuyuram. Bizi necə qaraladıqlarının şahidi oluram. Biz mədəni ailəyik. Mən Moskvada universiteti bitirmişəm. Uzun illər Moskvada yaşamışıq. Oğlanlarım da, qızlarım da orada oxuyublar. Həyat yoldaşıma kriminal avtoritet damğası vurublar. Amma bu belə deyil. Hərbidə xidmət etmiş, Azərbaycan Tibb Universitetini bitirmiş biri, elə bir adam ola bilməz. Yazılanların hamısı yalandır".
 
Gülnarə Məmmədova hadisə haqqında verilən suallara isə belə cavab verdi: "Hadisə haqqında dəqiq heç nə bilmirəm. Çünki orada olmamışam. Elə bir hadisə olub-olmamasını mən bilmirəm. Yayılan videoya mən də baxmışam. Amma orada mən öz övladlarımı tanımadım. Onları oğlanlarıma oxşatmadım. Çünki qaranlıqdır və heç nə görünmür. Məhkəmədə mühakimə olunanlar mənim iki oğlumdur. Amma hadisənin videosundakı oğlanları mən tanıya bilmirəm".
 

“Yayılan videoya mən də baxmışam. Amma orada mən öz övladlarımı tanımadım. Onları oğlanlarıma oxşatmadım. Çünki qaranlıqdır və heç nə görünmür. Məhkəmədə mühakimə olunanlar mənim iki oğlumdur. Amma hadisənin videosundakı oğlanları mən tanıya bilmirəm" 

 
Jurnalistlərdən birinin verdiyi, "Bəs hadisə baş verən yerdəki maşını tanıyırsınız?" sualına G.Məmmədova belə cavab verib: "Videoda maşın görünsə də, nömrəsi görünmür. Ona görə tanıya bilmədim. Amma bəziləri yazırlar ki, guya o bahalı maşındır. Xeyr. Bahalı maşın deyil. Oğlanlarım istəyirdilər ki, evimizdə yaxşı avtomobil olsun. Biz bu maşını istəmirdik. Sadəcə onu almağa gücümüz çatmayanda, bunu müvəqqəti götürdülər". G.Məmmədova bu sözləri ilə özü də bilmədən avtomobilin onların ailəsinə məxsus olduğunu təsdiqlədi. 
 
Əməkdaşımız G.Məmmədovaya Ülkər İsayevanı tanıyıb-tanımaması ilə bağlı verdiyi suala, Məmmədova "Tanımıram" deyərək cavab verib: "Mən o xanımı tanımıram. Heç videoda üzünü də görmək olmur. Orada hansı xanımın olduğunu bilmək olmur. Siz yazırsınız ki, guya oğlan orada qızı döyüb. Amma videoda  görünür ki, oradakı oğlan iki əli ilə çalışır ki, qızı öz maşınından çıxarsın. Əgər maşın onun özünündürsə, onun buna ixtiyarı var. Oğlan həmin xanımı nə döyür, nə də söyür. Sadəcə qızı maşından çıxarmaq istəyir. Mənim oğlanlarım hadisə ilə bağlı heç nə demirlər. Onlar həyəcan içindədirlər və narahatdırlar. Oğlanlarımın nə o qədər pulları var, nə də imkanları. Onlar turizm sahəsində çalışırlar. Onlar savadlı gənclərdir" 
 

Həyat yoldaşıma kriminal avtoritet damğası vurublar. Amma bu belə deyil. Hərbidə xidmət etmiş, Azərbaycan Tibb Universitetini bitirmiş biri, elə bir adam ola bilməz. Yazılanların hamısı yalandır"

 
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxmışdı. Hakimin bu qərarından prokurorluq protest vermişdi.
 
Qardaşların işinə Apelyasiya Məhkəməsində ayrı-ayrılıqda baxılır. Martın 17-də məhkəmədə qərar qəbul olunmayıb və növbəti iclas sabaha təyin olunub. Bunun səbəbi hələ də məlum deyil. 
 











Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM