Hamlet İsaxanlı: "bəli mənim qızım ehtiyatsızlıq edib"

16:24 / 18.03.2015

Xəzər Universitetinin rektoru: “Əslində günah qızımda olub” 


Müsahibimiz Xəzər Universitetinin rektoru Hamlet İsaxanlıdır. Rektor qızının adı hallanan olayla bağlı suallarımızı cavablandırıb. H.İsaxanlı deyir ki, qızı olmayan bir məsələni öz üzərinə götürüb: “Heç ağlına da gəlməyib ki, sonra belə bir video qoyacaqlar. Onlar 8 mart bayramını qeyd ediblər. Həmin vaxt mən Bakıda olmuşam. 
 
Bayramı qeyd etməyə getdilər, qayıdanda həmin Katya adlı qız xahiş edib ki, onu da özləri ilə götürsünlər. Yolda söyüş, biədəb sözlər olub, o qıza deyiblər ki, maşından düş. O da düşməyib. Onu düşürüblər. 
 
- Videoya baxmısız? 
 
- Yox, baxmamışam. Mən gecə gəlmişəm, video məni maraqlandırmır.  
 
- Videoda  görünür ki, qız maşından düşür və başqa maşına minir. Lakin onu maşından düşürürlər, saçından tutub təpikləməklə zorla digər maşına əyləşdirirlər.
 
- Ekspertiza var, təyin etsinlər, oradakıların kimliyini müəyyən etsinlər. Orada o qızı maşından düşürüblər, ona qarşı müəyyən bir kobudluq ediblər. Biədəb söyüşlər söyürmüş. O oğlanları sonra məhkəməyə çağırıblar, təbii ki, bir az da qorxudublar, deyiblər ki, başınıza bu işlər gələcək. Qızım da düşünmədən belə bir addım atıb. Deyib ki, o qız mən olmuşam və mənim də şikayətim yoxdur, istəyib ki, onları buraxsınlar. Ağlına gəlməyib ki, hay-küy çıxa bilər, bu məsələ belə bir hala gəlib çıxa bilər, video yayıla bilər. Həmin vaxt mən və yoldaşım xaricdə olmuşuq. Martın 11-də biz xaricdə olmuşuq. Bu məsələ ilə bağlı mənə zəng edəndə Kayseridə idim. Səhər saat 6 idi, zəng etdilər, dedi ki, müxbirdir. Soruşdu ki, xəbəriniz var, qızınızı döyüblər, qızınız ölüb. Mən şoka düşdüm. Telefonu qoyub evə zəng etdim. Qızıma dedim ki, bu nə məsələdir. Cavab verdi ki, narahat olma, mənə heç nə olmayıb, o videodakı mən deyiləm. Evə gəl danışaq. Mən evə gələndən sonra danışdı, dedi ki, məsələ belə olub. Mən də ona dedim ki, düz etməmisən, humanistlik etməyin qaydası var. Onun ağlına belə gəlməyib ki, videonu yayarlar, videonu araşdırarlar. 
 
- Belə məlumatlar var ki, videonu vaxtilə sizinlə qohumluq əlaqələrində olmuş şəxs yayıb. Sizin bu məsələ ilə bağlı məlumatınız var?   
 

“Mənim qızımın yanında Katya adlı xanım da olub. Yolda söyüş söyüb, ona deyiblər ki, maşından düş. O da düşməyib. Onu düşürüblər” 

 
- Müəyyən şübhələrimiz var. Hamı bilir ki, mənim şəxsən düşmənçilik bəslədiyim insan yoxdur. Ola bilər ki, kiminsə məndən xoşu gəlməsin, bizim ailə ilə münasibəti yaxşı olmasın. Hətta belə olsa da, bu cür iş tutmaq olmaz. Düşünürəm ki, bu məsələni araşdıracaqlar. Bu gün videonun yayılmasını araşdırmaq çox asandır. Videodakı adamların kimliyini araşdırmaq da çox rahatdır. Bir qiymətli olan odur ki, bəli mənim qızım ehtiyatsızlıq edib, heç olmasa bizə zəng etməyib ki, belə bir iş olub, siz nə deyirsiniz. 
 
Onun yoldaşlarını qorxudublar, deyiblər ki, sizə 5-6 il iş verəcəyik. Uşaqlar da düşünməyiblər. Nə iş verəcəklər ki, orada Katya şikayətçi deyil. Orada çox uşaqlar olub, rəfiqələri olub. Mən o uşaqların adlarını bilmirəm, amma xeyli hissəsini üzdən tanıyıram. Səhv, ehtiyatsız addım mənim qızımda olub. O uşaqları müdafiə etmək üçün düşünüb ki, onları tutmasınlar, desin ki, mən olmuşam, mənim də şikayətim yoxdur. Sonra da götürüb o videonu yayıblar, ondan əvvəl də deyilib ki, mən idim, mənə də heç nə olmayıb. Bundan sonra da deyiblər ki, o videodakı odur. Əvvəldən söylədiklərinə əsaslanıb deyiblər ki, qızım olub. O videonu kim qoyub, niyə qoyub bilmirik.
 
- Bu hadisənin baş verməsi haqda məlumatlı idiz? 
 
- Bizə məlumat martın 16-da çatıb. O müxbir zəng edib, sanki muştuluq verirmiş kimi sənin uşağını öldürüblər deyib. Mən pis vəziyyətə düşmüşəm, xeyli sonra özümə gəlmişəm, zəng edib aydınlaşdırmışam. 
 
- 8 mart tədbirindən sonra qızınızla görüşmüşdüz? 
 
- Əlbəttə. Biz bir evdə yaşayırıq. Rəfiqələri ilə birgə gedib və gəlib. Biz Kayseriyə martın 11-də getmişik. Yəni məlumatımız olmayıb, bizə heç nə deməyib. 

- Videodan belə məlum olur ki, hadisə səhərə yazın 5-in yarısı olub. Həmin vaxt qızınız evə gələndə demişdi ki, nəsə bir xoşagəlməz hadisə olub? 
 
- Heç nə deməyib. Səhər söhbət etmişik, yəni nəsə problem olmayıb. 
 
- Ölkə.az saytı xəbər yayıb ki, videonun yayılmasında keçmiş kürəkəninizin əli var. Bununla bağlı nə deyə bilərsiz?
 
- Elə bir söz deyirlər. Bir şey ki, gümana əsaslanır, mən heç nə deyə, iddia edə bilmərəm. Amma o, bu işləri çox yaxşı bacarır, bunu bilirəm. Yəni videolar, videoçarxlar düzəltməyi, yaymağı bacarır. 
 
- Aydın Əhmədzadəni nəzərdə tutursuz? 
 
- Bəli. Mən həmişə demişəm, bir şey ki, sübut olunmayıb, onu demək olmaz. Yəqin ki, prokurorluq bu məsələləri araşdıracaq ki, videonu kim yayıb, nə məqsədlə yayıb.
 
- Bunu Aydın Əhmədzadə edə bilər? 
 
- O bu işlərin mütəxəssisidir. O, videoların çəkilməsi, internetdə yayılması, reklam işlərinin görülməsinin ustasıdır. O, reklam işləri ilə məşğul olur. Amma mən bu halda nəsə deyə bilmərəm. Çünki mən bu məsələni araşdırmamışam. Başqa birinin araşdırdığı haqda da məlumatsızam.  
 
- Belə xəbər var ki, videonu yayan Rəşad Əhmədzadədir. Aydın Əhmədzadənin əmisi oğlu. Bu haqda nə deyə bilərsiz?
 
- Xəbərim yoxdur. Ona görə ki, Türkiyədə olmuşam, mətbuatı izləyə bilməmişəm. 
 
- Yayılan xəbərdə deyilir ki, keçmiş qohumlarınızla aranızda məhkəmə çəkişməsi var və bu məhkəmə çəkişməsindən çıxış edərək belə bir video yayılıb.
 
- Məhkəmə olub və bitib. Biz yay vaxtı xaricə istirahətə gedirik. Təbii ki, qızımızı və nəvəmizi də özümüzlə götürürük. Nəvəmizi götürmək üçün formal olaraq valideynin icazəsi olmalıdır. Onlar ayrılandan sonra biz onu deyirdik ki, yayda istirahətə gedəndə uşaq bizlə getsin. Buna görə balaca bir məhkəmə oldu və həll edildi. 
 

“Həmin videonun yayılmasını keçmiş kürəkənim təşkil edə bilər. O, bu işlərin ustasıdı” 

 
- Əmlak məsələsinə görə də məhkəmə çəkişməsinin olduğu və məhkəmə dövründə Aydın Əhmədzadənin ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
 
- Birinci dəfədir ki, eşidirəm. Biz elə bir məsələ qoymamışıq, onların elə bir əmlakı da olmayıb. Lap elə bir məsələ olsaydı belə, biz onu məhkəməyə çıxarmazdıq. Uşaqla əlaqədar çəkişmə də çoxdan bitib.  
 
- Bu işlə bağlı mövqeyinizi bilmək maraqlı olardı.
 
- Mənim qızım səhv edib, ehtiyatsızlığa yol verib. Onun yoldaşlarının başına heç nə gələn deyildi. Həmin deyilən adam da şikayətçi deyil. Bir adam kobudluq edib, buna görə onu cərimə edəcəkdilər, iş bitəcəkdi. Onlara deyiblər ki, sizə 5-6 il iş düşür, qorxudublar onları. Qızım da deyib ki, orada mən olmuşam və şikayətim də yoxdur. Çox ehtiyatsız, səhv hərəkət edib. O uşaqlar da gərək onu belə hərəkət etməyə qoymayaydılar. Ağıllarına belə gəlməyib ki, reputasiyasına, ailəsinə söz gələ bilər. Düşünüblər ki, balaca bir “stıçka”olub, bitib gedəcək. O video olmasaydı, yəqin ki, belə də olacaqdı. 
 
- Bu məsələ açılıb. Sizcə bu işin aydınlaşması üçün Katya ortaya çıxmalıdır? 
 
- Əlbəttə, məhkəmənin işidir. Orada 20-30 adam olub, aydınlaşdırsınlar. Bu məsələ onları bir-bir evlərə yola salanda baş verib. Katya deyib ki, məni də aparın, onu da götürüblər. Yolda da bu hadisə olub. 
 
- Siz Muxtar Məmmədovla tanışsız?
 
- Yox, mən heç o uşaqların kimin övladları olduqlarını bilmirəm. Bildiyim odur ki, yoldaşdırlar, bir-birini yaxşı tanıyan insanlardır. Düşünürəm ki, o uşaqlar da bilsəydilər ki, belə bir məsələ olacaq, qıza deyərdilər ki, lazım deyil. Uşaqlar bizim evə gəlirlər, yoldaşlıq edirlər. Atasını, anasını tanıdıqlarım da var. Axşam 2 yoldaşı da gəlib bizdə qalmışdılar. Vacib olan onların kimliyi deyil, onlar bir xüsusi məqsəd güdən uşaqlar deyillər. Yoldaşdırlar. Bu hadisə hamının başına gələ bilər.
 
- Həmin gecə qızınızla danışmışdız? Bilirdiniz ki, yoldaşları ilə bərabərdir? 
 
- Əlbəttə bilirdim, bizdən icazə alıb getmişdi. Narahatçılıq olanda sürücünü göndəririk. Amma biz bilirdik ki, o tədbirdə dostları, rəfiqələri olacaq. Bir hissəsini adları ilə bilirdik. Demişdi ki, narahatçılıq yoxdur, bizi evə gətirəcəklər, elə tədbirlər olanda öz maşını ilə getməyə icazə vermirik. Tanışlardan birini göndəririk gedib gətirir. O tədbirdən sonrakı günlərdə bir yerdə olmuşuq. O burada işləyir.
 
- İşə çıxır?
 
- Sabah işə çıxacaq. Heç bir problem yoxdur. 
 
 
      

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM