BP Avropa Oyunlarına dəstək verir

16:25 / 19.03.2015

 
BP şirkəti Azərbaycanın Bakı-2015 Avropa Oyunlarına və ondan sonrakı yarışlara hazırlaşan milli idmançıları üçün nəzərdə tutulmuş elit idmançıların inkişafı və təlimi proqramının icrasına başlayıb.
 
Şirkətdən anspress-ə bu proqram Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin dördqat Olimpiya çempionu və 400 metr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi, dünya şöhrətli idmançı Maykl Consonun rəhbərlik etdiyi, idmançıların təlimi üzrə beynəlxalq nüfuzlu şirkət olan “Michael Johnson Performance” (MJP) şirkəti ilə birgə həyata keçirilir.
 
Bu altı aylıq proqrama 2015-ci ilin yanvar ayında start verilib. Onun məqsədi milli idmançılardan və məşqçilərdən ibarət böyük bir qrupa MJP şirkətinin beynəlxalq təcrübəsindən faydalanmaq imkanı yaratmaq və beləliklə onların idmanda yüksək nailiyyətlər qazanmaqla beynəlxalq idman tədbirlərində Azərbaycanın iştirakını artırmaq istiqamətində gördüyü səylərə dəstək olmaqdır. Bunun milli idmançıların və məşqçilərin Bakı 2015 Avropa Oyunlarına və 2016-cı ilin Olimpiya Oyunları da daxil olmaqla digər yarışlara yüksək səviyyədə hazırlaşmasını təmin edəcəyi gözlənilir.
 
Proqramda məşqçilər və idmançılarla, o cümlədən BP-nin xüsusi nümayəndəsi seçilmiş idmançılarla təmsil olunacaq dörd milli idman federasiyasının (yüngül atletika, gimnastika, triatlon və qılıncoynatma) iştirakı nəzərdə tutulub. Bu vaxtadək 30 idmançı və 20 məşqçi yoxlamadan keçərək proqrama seçilib.
 
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “BP şirkəti Azərbaycanın seçilmiş idmançılarının və məşqçilərinin qarşıdan gələn mühüm idman tədbirinə hazırlığına dəstək olmaq istiqamətində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və “Michael Johnson Performance” şirkəti ilə əməkdaşlıq etməkdən məmnunluq duyur. Ümid edirik ki, bu təşəbbüslər Azərbaycana yalnız böyük layihələri səmərəli şəkildə həyata keçirərək mötəbər tədbirlərə ev sahibliyi etməkdə deyil, həm də bu proqramın təklif etdiyi beynəlxalq təcrübədən istifadə etməklə idmanda yüksək nailiyyətlər nümayiş etdirməkdə köməklik edəcək.
 
Mən xüsusən də məmnunluq duyuram ki, Bakı Oyunlarına BP-nin dəstəyi Azərbaycanda potensialların artırılması və idmançıların inkişaf etdirilməsi səylərinə yardım etməyə yönəlib. Bir neçə ay əvvəl biz Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ilə birlikdə Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramına start verdik. Bu proqram təxminən 200 məzunun layihə idarəetmə sahəsində təcrübə qazanmasına və yeni bacarıqlara yiyələnməsinə köməklik etmək məqsədi daşıyan innovativ təlim təşəbbüsüdür. Biz inanırıq ki, bunlar ölkəyə idman sahəsində çox yüksək nailiyyətlər qazanmağa, habelə bacarıqlar üzrə davamlı irsin yaradılmasına köməklik edəcək.
 
Azərbaycanın idman və gənclər naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bildirib ki, ilk Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmaqla yanaşı, BP şirkətinin həm də Azərbaycanda nüfuzlu idmançıların və məşqçilərin inkişafına və təliminə köməklik etdiyini görmək çox gözəldir. Mən əminəm ki, bu, idmançılarımızın Bakı 2015 oyunlarına hazırlaşmasına daha da köməklik edəcək və onların yarışdıqları idman növlərində öz adlarını ilk Avropa Oyunlarının çempionu kimi tarixə düşməsi üçün göstərdiyi səylərə dəstək olacaq.
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, biz 2012-ci ildən etibarən BP şirkəti ilə tərəfdaşlıq edirik və bu tərəfdaşlıq milli olimpiya komandasının elit idmançılarına sponsorluq, idman jurnalistikası, Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarını üçün könüllülərin hazırlanması tədbiri də daxil olmaqla bir çox layihələri əhatə edib. Elit idmançıların inkişafı və təlimi proqramı Azərbaycanda ilk dəfə olaraq bu növdə həyata keçirilən yeni və unikal bir təşəbbüsdür. Buna görə də, ümidvaram ki, bu tərəfdaşlığı mən yüksək qiymətləndirirəm və onun uğurlu nəticələr verəcək.
 
“Michael Johnson Performance” şirkətinin təsisçisi və prezidenti Maykl Conson vurğulayıb ki, "Michael Johnson Performance" şirkəti qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlaşan idmançılara və məşqçilərə və sonrakı müddətdə keçiriləcək 2016-cı il Rio Olimpiya Oyunlarına hazırlaşan idmançılara köməklik etmək üçün BP şirkəti, Azərbaycan Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq etməkdən məmnunluq və şərəf duyur. Bizim məqsədimiz hər bir idmançının inkişaf edərək öz tam atletik potensialına çatmasına yardım etməkdir və beləliklə, yeni nəsil idmançıların atletik potensialının yetişdirilməsində Olimpiya Komitəsinə köməklik etməyimizdən xüsusilə məmnunluq duyuram. "Michael Johnson Performance" dünyada atletik potensialın inkişaf etdirilməsi üzrə təlim sahəsində liderdir və bizim Azərbaycandakı fəaliyyətimiz dünyanın bütün regionlarında idmançılara və məşqçilərə atletik bacarıqların inkişaf etdirilməsini davam etdirmək və bu sahədə mükəmməlliyə nail olmaq məqsədinə xidmət edir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM