Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir bildirib.
Hazırkı status-kvo Azərbaycanın və Ermənistanın maraqlarına cavab vermir.
O, qeyd edib: "Buna görə də respublikanın Prezidenti diplomatik təşəbbüslərin yenilənməsinə kömək etməyi arzulayaraq, 27 oktyabr 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sammit çağırmışdı. Bu görüş zamanı ilk humanitar addım - itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılıq əldə olunmuşdu".