Azərbaycanda mərkəzləşdirilmiş ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılır. Bu məqsədlə ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki işlərə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılan yeni sitem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq, yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, dövlət başçısının son bir ildə əmək və əhalinin sosial müdafiəsi sahəsi ilə əlaqədar 10-dan çox fərman və sərəncam imzalayıb. Bu sənədlərin sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyəti şəkildə artırılmasını təmin etməklə bərabər, bu sahədə mütərəqqi islahatlara şərait yaradır. İmzalanan son sənəd də milli sosial təminat sisteminin innovativ texnologiyaların tətbiqi əsasında müasir dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsinə, vətəndaşların sosial təminat növləri, o cümlədən ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin olunmasına xidmət edir.
Ekspertlər də Azərbaycan Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı əsasında ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılmasına keçidi müsbət hal hesab ediblər.
Onların fikrincə, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin sosial müdafiəsinə yönəldilib. 2013-cü ilin sonlarına doğru ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün ünvanlı yardım alan ailələrin siyahısı ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az), habelə əhalinin sosial müdafiəsi mərkəzlərində cəmiyyətə açıqlanıb.
Ümumiyyətlə, ölkəmizdə ölkəmizdə sosial rifahın yüksəlməsi və sosial yardımların təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasına nəzarətin gücləndirilməsi ünvanlı dövlət sosial yardımı təyin olunanların sayının mütəmadi olaraq azalmasına səbəb olub.
Statistikaya görə, Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası və dövlət yardımlarının təyinatında ünvanlılıq və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqda davam edir. Belə ki, bu ilin fevralında respublikada 109124 ailə (475936 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36380 ailə yəni 25% azdır. Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında respublikada ünvanlı yardım alan ailələrin sayı 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azalaraq, 107761 ailə (470237 nəfər ailə üzvü) təşkil edib.
Ünvanlı yardım alanların sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ünvanlanan yardımların məbləğinin artması ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımın orta aylıq məbləği hər ailə və hər ailə üzvü üçün 12,1% artmaqla müvafiq olaraq 141,8 manat və 32,35 manat təşkil edib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 31287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 225637 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5433 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 6148 nəfər təşkil edir.
VEMTAS-ın işə salınması üçün beş ay ərzində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s. habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron formada müraciət etmək imkanı yaradılacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar “Elektron hökumət” portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edəcəklər.
Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılacaq.
Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair lazımi arayış və məlumatlar artıq onlardan istənilməyəcək, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Çünki həmin dövlət orqanları ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarını artıq özlərinin “Elektron hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında yerləşdirəcək. ƏƏSMN-nin isə “Elektron hökumət” portalı vasitəsilə müraciət edən şəxslər və onların ailə üzvləri barədə məlumatları əldə etmək üçün həmin informasiya resurslarına çıxışı təmin olunacaq.
Vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. ƏSMM-lər qısa müddətdə ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter vasitəsilə aparılacaq və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin ediləcək. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyi də bu istiqamətdə müvafiq işlərin aparıldığını, mövcud İKT potensialının ölkəmiz üçün dəyərli olan bu yeni sistemin tətbiqinə lazımi səviyyədə imkan yaratdığını, ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılmasının ölkəmizdə "Elektron hökumət"in qurulması, innovativ texnologiyaların genişlənməsi istiqamətində mühüm addımlardan biri olduğunu bildirib.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM