Müdafiə naziri Novruz bayramı ilə əlaqədar cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Novruz bayramı ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.
Strategiya.az nazirliyin saytına istinadən bildirir ki, hərbi hissələrə baş çəkən müdafiə naziri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramını ifadə edib.
Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə, düşmənlə bilavasitə üz-üzə səngərlərdəki bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb. Hərbi qulluqçulara hədiyyələr və bayram sovqatları verilib.
Hərbi hissələrdə keçirilən Novruz şənliyinə qatılan müdafiə naziri bayram tonqalını alovlandırıb, şəxsi heyətin iştirakı ilə aparılan müxtəlif idman və əyləncə yarışlarını izləyib və hərbi qulluqçularla birlikdə nahar edib.
Bayram münasibəti ilə şəxsi heyəti təbrik edən müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
"Novuz bayramı Azərbaycan xalqının ən sevimli və əziz bayramlarından biridir. Ona görə bu gün mən və müdafiə nazirinin müavinləri bu bayrami sizlərlə keçiririk. Biz indi ön cəbhədən qayıdırıq. Sizin silahdaşlarınızı orada təbrik etdik. Gördük necə qəhrəmancasına ön cəbhədə torpaqlarımızı qoruyurlar. Siz də burada öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz.
Bilin ki, düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk ki, onlar qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik.
Cənab Ali Baş Komandan ordumuzun gücləndirilməsi üçün əlindən gələn hər bir şeyi edir. Bizim xalqımız qəhrəman xalqdır, bizim igid övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha igidliklə, qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik. Artıq həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz günü-gündən möhkəmlənir, yeni silahlar, texnikalar alınır.
Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədən onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil, ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər.
Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır.
Artıq məqam yetişibdir. Biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik. Siz cənab Ali Baş Komandanın Novruz bayramı munasibəti ilə etdiyi cıxışını izləmisiniz. Möhtərəm Prezident dedi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Biz İrəvana, Zəngəzura, Şuşaya, Xankəndiyə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə etməsin.
Mən sizi bir daha bayram münasıbəti ilə təbrik edir, sizə cansağlığı və qələbə arzulayıram. Arzu edirəm ki, hamımız birlikdə, yaxın vaxtda bu Qələbə Bayramını qeyd edək".
Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.
Səfər zamanı cəbhə bölgəsində yeni tikilməkdə olan bəzi hərbi obyektlərdəki vəziyyətlə tanış olan Müdafiə naziri inşa işlərinin sürətlə və keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.
Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM