Qardaşı arvadını 43 bıçaq zərbəsi ilə öldürən maştağalı “dəlixanaya” göndərildi - FOTOLAR

12:37 / 27.03.2015

Məhkəmə prosesi yekunlaşıb.

Bakı Apelyasiya Məhkəməsində Sabunçu rayon sakini Rəfael Quliyevin (1967-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Oxu.Az xəbər verir ki, 2013-cü il mayın 29-da axşam saat 23 radələrində Maştağa qəsəbəsində Rəfael Quliyev M.Mirəliyev küçəsi, 82 ünvanında yerləşən evə gələrək qardaşı arvadı Əzəmət Quliyevaya (1983-cü il təv.) çoxsaylı bıçaq zərbələri vurmaqla, onu öldürüb. Aldığı zərbələrdən qadın hadisə yerində dünyasını dəyişib. Daxil olan məlumat əsasında hadisə yeri prokurorluq əməkdaşları və ekspert tərəfindən müayinə olunub, şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən həmin gecə saxlanılıb.

Keçirilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 43 ədəd dəşilmiş-kəsilmiş yaralar aşkar edilib, faktla əlaqədar ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, ağır cinayət Əzəmətin üç azyaşlı övladları - Emil, Günel və Vüqarın gözləri qarşısında baş verib.
İş üzrə dindirilən Rəfael Quliyev bildirib ki, 2012-ci ilin yayında o xalasıoğlu Faiqin arvadından məktub alıb, həmin məktubda göstərilib ki güya qardaşı İlqar Quliyevin arvadı Əzəmətlə onun əri arasında yaxın münasibətlər yaranılb. Öz növbəsində bundan xəbər tutan İlqar Quliyev elə həmin həyat yoldaşı Əzəməti bıçaqlasa da, sonuncu 3 saylı kliniki xəstəxanaya çatdırılıb və sağ qalıb. Cinayəti törədən İlqar isə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə cəzalandırılıb. Bundan sonra Rəfael ailələrinin "adı"nı təmizləmək naminə Əzəməti qətlə yetirmək qərarına gəlib və bunu həyata keçirib. 

DİN-dən alınan tələbnaməyə əsasən, R.Quliyev əvvəllər CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda  əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsi Rəfael Quliyevin barəsində ittiham hökmü çıxarmayıb, buna isə məhkəmə gedişatında təqsirləndirilən şəxsin barəsində bir neçə dəfə kompleks məhkəmə-psixiatriya ekspertizasının təyin olunması və onun cinayəti törədərkən öz hərəkətlərini dərk etməməsi və hazırda anlaqsız olması haqda rəy verilməsi səbəb olub. Məhkəmə Rəfael Quliyevin barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsi barədə qərar elan edib. Qərarda göstərilib ki, təqsirləndirilən şəxs müalicə almaq üçün ixtisaslaşdırılmış psixiatriya stasionarına göndərilir, o sağalana qədər isə cinayət işi üzrə icraat dayandırılır.

Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verərək Rəfael Quliyevin barəsində ittiham hökmünün çıxarılmasını istəyib. 

Bakı Apellyasiya məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. 

 

 
 
 
 
 
 

 

 


 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM