Bu barədə Trend Dövlət Statistika Komitəsinin 2015-ci il 2 ayının yekunları üzrə hesabatına istinadən məlumat verir.
Yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital 988,3 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5% çoxdur.
Bu vəsaitdən emal sənayesi sahəsinə 893,1 milyon manat həcmində sərmayə qoyulub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.
Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına qoyulmuş investisiyaların həcmi 14,5 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 57,7% azdır.