Xalq artistinin qardaşı oğlunu öldürən şəxsdən YENİ MƏLUMAT

13:12 / 29.03.2015

2 nəfəri güllələyərək öldürən 62 yaşlı kişini yaxalamaq mümkün olmayıb 

Martın 28-də Ağsuda iki nəfəri güllələyərək qətlə yetirən 62 yaşlı Ramiz Ələkbərovu yaxalamaq hələ də mümkün olmayıb. Lent.az-ın məlumatına görə, R.Ələkbərovun saxlanılması üçün lazımi tədbirlər davam etdirilir və onun barəsindəki məlumatlar bütün polis orqanlarına göndərilib.

 

Bildirilir ki, əvvəlcə Ağsuda kirayədə yaşadığı evdə 49 yaşlı Sərxan Soltanovu, daha sonra isə “Ata Yurdu” restoranında Mahir Mirzəyevi güllələyərək qətlə yetirən R.Ələkbərov rayonda daha çox “Lomka Ramiz” adı ilə tanınıb. O, kirayə tutduğu evdə tənha yaşayırmış.

 

Hazırda Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam edir

 

Qeyd edək ki, martın 28-də Ağsu rayonunda 2 müəmmalı qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə hadisə bu gün Ağsu şəhərinin Şakir Hacıyev küçəsindəki 6 saylı evdə baş verib. Həmin ünvanda kirayə yaşayan və Səməd Vurğun küçəsindəki 66 saylı mənzildə qeydiyyatda olan 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

 

Ağsu Rayon Polis Şöbəsindən APA-ya o da bildirilib ki, Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə bu gün səhər saatlarında Ağsu aşırımındakı “Ata yurdu” restoranının qarşısında Xalq Artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımı ilə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonu Mərəzə qəsəbəsinədək gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib.

 

Hazırda respublikanın hüquq-mühafizə oqranlarının əməkdaşları bir gündə iki nəfəri amansızlıqla qətlə yetirən Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Ramiz Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.     

 

Mərhum Mahir Mirzəyevin əmisi oğlu Vüsal Mirzəyev APA-ya bildirib ki, Ağsuda böyük hörməti olan, insanlarla xoş və mehriban davranışı ilə seçilərin, heç kimə pisliyi dəyməyən, xeyirxah əməlləri ilə rayon sakinlərinin xatirəsində yaxşı insan kimi qalan sahibkar və incəsənətlə məşğul olan Mahir Mirzəyevin düşməni olmadığını və onun ölümünə görə heç kimdən şübhələnmədiklərini deyir.

Onu incəsənət adamları çox gözəl tanıyırdı. Bu gözlənilməz hadisəyə görə bütün qohumların şoka düşdüyünü deyən Vüsal Mirzəyev hüquq-mühafizə orqanlarından onu öldürən şəxsin tezliklə tapılaraq layiqli cəza verilməyini istəyib. Qeyd edək ki, Mahir Mirzəyev 10 ilə yaxındır ki, Ağsu aşırımındakı “Ata yurdu” restoranı işlədirdi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM