Strategiya.az-a verilən xəbərə görə, bütün ölkədə olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda da “31 mart – azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masa soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlamışdır.
İnstitutun direktoru, f.e.d, prof. İlham Məmmədzadə çıxış edərək son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırım cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumatlar vermişdir. Ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüldükdən sonra sistemli formada həyata keçirilən amansız soyqırımlar təbii ki, tarixin səhifələrindən silinməmişdir. İllər keçsə də, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə əhaliyə, xüsusilə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı ermənilər, erməni ideoloqları və erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilmişdir. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilmiş onlarla məzarlıqlar aşkar etmişdir. Bu yerlər indi xalqın ziyarət məkanına, anım yerinə çevrilmişdir.
Azərbaycan dövlətinin gördüyü tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorual kompleksləri yaradılmış, çoxsaylı əsərlər, məqalələr yazılmış, abidələr qoyulmuşdur. Sovet hakimiyyəti illərində Şaumiyanın, Andranikin, Mikoyanın və onlarla “erməni liderləri”nin ciddi səyi ilə Rusiya İmperiyasının XIX və XX əsrdə həyata keçirdiyi siyasət Stalin tərəfindən də sovet hakimiyyəti illərində eyni qayda ilə davam etdirilmişdir. Tarixi Azərbaycan torpağı olan müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılar dövlət səviyyəsində tarixi vətənlərindən, ana yurdlarından əkinçiliyin inkişafına töhfələr vermək adı altında Azərbaycanın isti regionlarına köçürülmüş, sərhəd zonasında yaşayanların bir hissəsi isə “siyasi motivlər”lə Qazaxıstana və Sibirin müxtəlif yerlərinə sürgün olunmuşlar. Bu siyasətin nəticəsinə minlərlə azərbaycanlı, türk, kürd tarixi ədalətsizliyin qurbanına çevrilmiş və nəsillər məhv olmuşlar. 1988-ci ildən başlayaraq ermənilər terrorçuluq və seperatizm siyasətini yenidən alovlandırmış və azərbaycanlılara qarşı Ermənistan dövləti tərəfindən soyqırım siyasəti planlı, məqsədli və düşünülmüş şəkildə davam etdirilmişdir. Bu gün dünyanın bir çox parlamentləri tərəfindən tanınmış Xocalı soyqırımı həmin genosid siyasətinin müasir günlərimizdəki davamı kimi səciyyələndirilə bilər. Xüsusilə qeyd edilməlidir ki, az qala 200 ildən çox davam edən bu soyqırım cinayətlərinə tarixi və hüquqi baxımdan ən ədalətli qiymətin verilməsində Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük və tarixi xidmətləri olmuşdur. Belə ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Milli Məclisinin iclaslarında azərbaycanlılara qarşı soyqırımla bağlı sistemli tədbirlər həyata keçirilmiş, müzakirələr aparılmış və bu faktlar beynəlxalq miqyasda ardıcıl olaraq yayılmışdır. Bütün ölkə soyqırımın tarixi və qanlı səhifələri ilə dərindən tanış edilmiş, bu dəhşətli faktların milli və beynəlxalq səviyyədə yayılmasına xüsusi diqqət yetirilmişdir.
Məhz Ulu Öndərimiz, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə tariximizdə ilk dəfə olaraq “31 mart – Azərbaycanlıların Soyqırım günü” kimi qeyd edilməsi qərara alınmışdır. Bu böyük, əhəmiyyətli və tarixi bir yaddaşın hər il qeyd edilməsi misilsiz xidmətlər kimi hələ illər uzunu xatırlanacaqdır. Bu Fərmana uyğun olaraq da biz bu gün bütün ölkədə olduğu kimi dəyirmi masa ətrafında toplanmışıq. Soyqırım gününün bütün ölkə və beynəlxalq miqyasda keçirilməsi tarixi yaddaşları bir daha təzələyir, vahid məqsəd uğrunda milli birliyə səsləyir, gənclərimizi səfərbər edir. Soyqırımın dərindən öyrənilməsi, anılması, xatırlanması ölkədə vətənpərvərlik hissinin güclənməsinə, azərbaycançılıq ideologiyasının dərindən dərk edilməsinə əhəmiyyətli təsir göstərir. İnstitutda bu məqsədlə Habil Həmidovun, Zaur Əliyevin, Yaşar Əliyevin, Rəna Mirzəzadənin, Bəhram Zahidovun, Habil Qurbanovun, İsaxan Vəliyevin və digərlərinin əsərləri – məqalələri, kitabları geniş oxucu kütləsinin böyük marağına səbəb olur. Elə bu yaxında İnstitutun bir qrup alimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədilə qardaş Türkiyəyə səfər etmişdir. Bir həftəlik səfər zamanı Türkiyənin ən məşhur onlarla univeristetlərində tələbələrlə və müəllimlərlə görüşlərimiz “Xocalıya ədalət” kampaniyasına çoxsaylı tərəfdaşların artmasına və genişlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu tədbirlər Türkiyənin kütləvi informasiya vasitələrində geniş əks olunmuşdur. Lakin soyqırım tədbirləri kampaniya xarakteri almamalı, arıdıcıl və sistemli şəkildə davam etdirilməlidir.
Dəyirmi masada çıxış edən Rəna Mirzəzadə, Zaur Əliyev, Bəhram Zahidov və başqaları azərbaycanlılara qarşı soyqırımın tanınmasında və bu tədbirin bütün ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilməsinə xüsusi önəm verilməsini vacib hesab etmişlər. Natiqlər bu istiqamətdə alimlərin səfərbər olunmasını, gəncliyin bu amal uğrunda, azərbaycançılıq ideologiyasının həyata keçirilməsi uğrunda, ölkə prezidenti, cənab İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinə dəstək olmağa və onun ətrafında birləşib, ölkənin uğurlu inkişafına dəstək olmağa çağırmışlar.
Direktor müavini Qabil Camalov
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM