Strategiya.az nazirliyin saytına istinadən bildirir ki, ictimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq, əməkhaqqı artımı cədvəli faiz göstəriciləri ilə təqdim edilir.
Beləliklə, hesablamalara əsasən, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əməkhaqqısı 30-40 faiz, 32,7 faizinin əməkhaqqısı 20-30 faiz, 7,1 faizinin əməkhaqqısı isə 15-20 faiz həcmində artıb.