Strategiya.az xəbər verir ki, Rusiya cəmiyyəti və mətbuatında rəsmi İrəvanın Hitlerin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı etiraz getdikcə daha da sərtləşir. Bu ölkənin “Versiya” qəzetindən sonra nüfuzlu “İnterfaks” agentliyi də Ermənistanın bu cəhdlərini pisləyən məqalə ilə çıxış edib. Agentliyin bu məqaləni ana xəbər lentində yayması Rusiyada ermənilərin bu əməllərinin törətdiyi təhlükəyə böyük əhəmiyyət verildiyini göstərir. Üstəlik artıq etiraz səsini rus jurnalistlərlə yanaşı, veteranlar da qaldırır.
Qonşu ölkədə xüsusi nüfuzu ilə seçilən Silahlı Qüvvələrin Ehtiyatda olan Zabit Birlikləri Assosiasiyasının sədri, general-mayor Vladimir Boqatıryov “İnterfax” agentliyinə müsahibəsində Ermənistanda faşistlərin əlaltılarının “milli qəhrəman” kimi qələmə verilməsindən hiddətləndiklərini deyib. “Qələbənin 70 illiyi ərəfəsində Ermənistanda faşistlərin əlaltılarının tərifinin göylərə qaldırılması, onları kommunizmə qarşı “ideya mübarizləri” kimi təqdim etmə səyləri bizdə qəzəb doğurub. Bu, tarixi həqiqətin kobud şəkildə təhrif edilməsidir” - deyə V. Boqatıryov bildirib. O qeyd edib ki, söhbət, xüsusilə müharibə illərində vermaxt tərkibində fəaliyyət göstərən, “Erməni legionu”nun təşkilatçısı, daha çox Qaregin Njde kimi tanınan Qaregin Ter-Arutyunyan və onun yaxın tərəfdaşı, general Dro ləqəbli Drastamat Kanayan, o cümlədən faşistlərin digər əlaltılarının təmizə çıxarılması cəhdlərindən gedir. “KİV-də məlumat verildiyi kimi, həmin könüllü “Erməni legionu”nun tarixi Yevpatoriya, Aluşta, Kerç və Krımın digər rayonlarında cəza əməliyyatları ilə yaxşı tanınır”, - deyə V.Boqatıryov bildirib.
O xatırladıb ki, arxivlərin məlumatına görə, faşistlərin əlbiri olan Njde Hərbi Məhkəmənin hökmü ilə 25 illik həbs cəzasına məhkum olunub və 1955-ci ildə Vladimir həbsxanasında vəfat edib. Onun yaxın tərəfdaşı, genaral Dro isə cəzadan qurtula bilib və ABŞ-da gizlənib, elə orada da vəfat edib. “Ermənistanda millətçilik, faşistlərin əlaltılarının qəhrəmanlaşdırılması cəhdlərinin meydana gəlməsi Rusiyanın müharibə və Silahlı Qüvvələr veteranlarına ikiqat pis təsir edir. Halbuki erməni xalqı da Sovet İttifaqının digər xalqları ilə çiyin-çiyinə faşizmlə mübarizə aparıb, Avropanın azadlıq və müstəqilliyini müdafiə edib”, - deyə V.Boqatıryov vurğulayıb. Onun sözlərinə görə, nasistlərlə əməkdaşlıq etmiş general Dro və Njdeyə bəraət qazandırma, onlara “milli qəhrəman” statusunun verilməsi yalnız millətçi təşkilatlar tərəfindən həyata keçirilməməsi xüsusilə narahatlıq doğurur. “İş o yerə çatıb ki, erməni diasporunun kiçik hissəsinin “fəalları” Rusiya ərazisində bu əlaltılara açıq şəkildə bəraət qazandırmağa cəhd edirlər. Xüsusilə Njdenin dəfn olunduğu keçmiş Vladimir həbsxanasının qəbiristanlığına “həmyerlilərin” mütəmadi ziyarətləri təşkil olunur, hətta burada bu “erməni qəhrəman”ın şərəfinə abidənin ucaldılması məsələsi qaldırılır”, - deyə V.Boqatıryov bildirib. O məlumat verib ki, müharibə veteranları Ermənistanda ayrı-ayrı siyasi qüvvələr tərəfindən faşistlərin əlaltılarının təriflənməsinə dair bu və digər faktlar haqqında Rusiya prezidentinə məktub ünvanlayıblar. Onlar məktubda tarixi həqiqətin təhrif olunmasından hiddətlərini ifadə ediblər. “Bu gün dünyada yaranmış vəziyyət neonasizmin kəskin şəkildə gərginləşməsinə, Böyük Vətən müharibəsinin tarixinin kobud surətdə saxtalaşdırılmasına dəlalət edir.
Ermənistanda ekstremist qüvvələr tərəfindən faşistlərə açıq şəkildə bəraət qazandırılması bunu sübut edir. Rusiya Federasiyası Silahlı Qüvvələri və müharibə veteranları milliyyətindən asılı olmayaraq faşistlərin və onların əlaltılarınının təmizə çıxarılması ilə bağlı istənilən cəhdlərə qarşı çıxış edirlər” - deyə V.Boqatıryov söyləyib. Daha əvvəl MDB-yə üzv dövlətlərin müdafiə nazirləri Şurasınınkatibi, general-leytenant Aleksandr Sinayski sovet xalqının faşizm üzərində Qələbəsinin 70 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki konfransda bəyan edib ki, Şərqi Avropanın bir sıra ölkələrində və postsovet respublikalarında müxtəlif növ “mərkəzlər” və “tədqiqat institutları” yaradılır ki, onlar daBöyük Vətən müharibəsi hadisələri haqqında yalanları ictimai şüura yeridirlər. “Baltikyanı ölkələrdə, Moldova, Ukraynada avropalı hamilərin təsiri altında müasir rəsmi ideologiya qələbənin mühüm amillərindən biri kimi sovet xalqlarının vahid birliyinin mövcud olması faktını yaddaşlardan silməyə çalışır, SSRİ-nin bütün vətəndaşlarının nasist təcavüzkarla birgə mübarizəsini inkar edir”, - deyə A.Sinayski bildirib. O vurğulayıb ki, Şərqi Avropanın bir sıra ölkələrində və postsovet respublikalarında Estoniya prezidenti yanında Tarixçilər Komissiyası,“Litva sakinlərinin Soyqırımı və Müqavimət hərəkatını Araşdırmalar Mərkəzi”, Polşa Milli Yaddaş İnstitutu, Lvovun “Azadlıq hərəkatının tədqiqi Mərkəzi” və çoxsaylı “işğal muzeyləri” kimi ixtisaslaşmış “tədqiqat strukturları” yaradılır. “Satqınlar və nasistlərin əlbirləri dövlət səviyyəsində əsl milli qəhrəmanlar kimi təqdim olunurlar. Ukrayna Üsyançı Ordusunun, Latviya könüllü legionunun nümayəndələrinin qəhrəmanlaşdırılmasını nümunə gətirmək kifayətdir. Elə Rusiyanın özündə də, misal üçün, vlasovçulara bəraət qazandırmaq imkanlarına dair müzakirələr indiyədək bitmir” - deyə general vurğulayıb. A.Sinayski deyib ki, bu gün məlum tarixi hadisələrin saxtalaşdırılması ilə üzləşən bütün postsovet məkanı geosiyasi qarşıdurma meydanına çevrilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM