Strategiya.az AZƏRTAC-a istinadən bildirir ki, Strasburq Məhkəməsi Ermənistan rəsmilərinin özbaşınalığından, məmurların korrupsiyaya qurşanmalarından, prezident Serj Sərkisyanın hakimiyyətə gəlməsindən narazı olan insanların 2008-ci il may ayında keçirdikləri dinc nümayiş zamanı polisin onlara göstərdiyi zorakılıq hərəkətlərini, çoxlu sayda nümayişçinin həbs edilməsini qətiyyətlə pisləyib və bu hadisəni ölkədə insan haqlarının pozulması kimi dəyərləndirib.