Prezident və xanımı “AITF-2015” sərgisi ilə tanış olublar

12:29 / 03.04.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.

Strategiya.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, “AITF-2015” sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən, ümumilikdə, 371 şirkət tərəfindən 80-dək turizm istiqaməti nümayiş olunur. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edir. Milli stendlər arasında debütant ölkə Maldiv Adalarıdır. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

“AITF-2015” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki və digər rayonlar respublikamızın turizm poitensialını nümayiş etdirir. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi də təqdim olunur.

“HOREX Caucasus” sərgisi ilə tanışlıq zamanı isə bildirildi ki, yaxın gələcəkdə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi reallaşdırılır. Bu isə “HOREX Caucasus-2015” sərgisinin əhəmiyyətini daha da artırır. Belə ki, məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə tikiləcək obyektlər üçün “Mehmanxana, restoran və kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları, eləcə də qida məhsulları və içkiləri seçmək mümkündür. IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisində Azərbaycan, İtaliya, Koreya Respublikası, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir.

Diqqətə çatdırıldı ki, “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisinin iştirakçıları arasında isə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine House”, Azərbaycan Üzgüçülük Federasiyası, “Baku Marine Service”, “Regal Boats”, “Seagull Caspian” və digər şirkətlər yer alıblar. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir. Sərgi su-motor texnikasını, eləcə də aktiv istirahət üçün müvafiq məhsulları, habelə sənayenin ən son texnoloji nailiyyətlərini təqdim edir.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM