“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, operativ-axtarış tədbirləri nəticəsində İrəvan sakini olan 1953-cü il təvəllüdlü polis polkovniki tutulub.
Milli Təhlükəsizlik Xidməti bildirir ki, Martirosyanın pul qarşılığında ötən ilin avqustunda şəxsi təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etməsi ilə bağlı təkzibedilməz faktlar var. Ermənistan tərəfi iddia edir ki, Azərbaycanın xüsusi xidmət orqanları ilə əlaqə saxlayaraq öz xidmətini onlara təklif edib.
Hərbi xarakterli məlumatı Azərbaycan tərəfinə ötürməklə bağlı təlimat alan Martirosyanın əldə etdiyi məlumatları ötürməsinə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının mane olduğu bildirilir. Hazırda saxlanılan Martirosyana qarşı cinayət işi açılıb.