NAŞILIQ ALIN YAZIMIZ

09:38 / 06.02.2014

Qaqauz Eli deyilən Moldova hüdudlarında bir ərazi var. Burada bizim üçün dilcə çox yaxın, dincə çox uzaq bir topluluq yaşayır. Qaqauzlar, yəni Göy Oğuzlar, Oğuz qrupuna aid olduqlarına görə, uzaq məsafələrdə yerləşməyimizə baxmayaraq Türkiyə və Azərbaycan türklərinin rahat anladıqları ifadələri nitqlərindən dərhal sezə bilirsən. Onlar vaxtilə ortodoks xristian dinini qəbul etsələr də, milli kimlik anlayışlarını itirməmişlər. Moldova müstəqillik qazanandan sonra dərhal özlərinə aid siyasi və mədəni haqların əldə olunması üçün ciddi çalışmalara başlamış, yekunda da bir mədəni-ərazi muxtariyyəti qazanmışdılar. Bu o deməkdir ki, Moldova dövlətinin içində kollektiv varlıqlarını və təmsilçilik imkanlarını qoruya bilmişdilər. Sayları elə də çox deyil, Qaqauz Respublikası adlanan ərazidə 160 min əhalinin hardasa 130 mini qaqauzlardır. Dünyada ümumu sayları 250 min civarındadır. Bir çox ölkələrdə bu sayda topluluqlar belə bir muxtariyyət haqqına sahib deyillər və bu həqiqətən də əhəmiyyətli uğur sayıla bilər. 
Ancaq bu gün aldığım xəbər həqiqətən narahatedici xarakterdədir. Öz varlığını qorumaq üçün Moldovanın rus məkanından qurtulub Avropaya yönəlməsinə ən çox maraqlı olması düşünülən qaqauzlar tam Rusiyanın istədiyi şəkildə separatçılıq addımına əl ataraq referendum keçirmiş və iştirak edən 70% seçicinin 98%-i Gömrük İttifaqının lehinə, 2% isə Avropa İttifaqının lehinə səs vermişdir. Bu seçkiləri Moldova hökuməti tanımamış və eyniylə rus ordusunun əsarətində olan Dnestryanı bölgədə olduğu kimi, buradakı addımları da Rusiyanın provokasiya etdiyi addımlar kimi qiymətləndirmiş. 
Qəribədir, deyilimi? Kimə söyləsən ki, Avropa Birliyi hüdudlarına girirsən və hüquqlarının qorunması imkanın daha da genişlənir, daha mədəni bir cəmiyyət qurma imkanın yaranır, adamlar bundan imtina edərək yenidən heç bir quru sərhəddi olmayan Rusiya yolunu izləməyə davam edirlər. Ordu yaratmaq potensialı yox, döyüşkən bir xalq kimi də tanınmırlar, siyasi və intellektual elitası güclü deyil, əsasən də bir kəndli toplumu kimi yaşayırlar, arxalarında da səmimi dəstək verə biləcək bir Türk dövləti də yoxdur, o zaman nə istəyirlər? Rusiyanın dəstəyinəmi arxayındırlar? Bunun adı sadəcə öndə gedən bir neçə siyasətçinin ağılsız, yaxud da Rusiya kəşfiyyat şəbəkəsi ilə bağlı davranışı ola bilər və zavallı xalqı da Moldova dövləti və xalqı ilə düşmənə çevirməyə yönləndirirlər.
Moldova bizdən uzaq, Qaqauzların də bizə elə bir isti soyuğu yox, deyəcəksiniz. Burada biz türklərin siyasətdə bəzən zamanı doğru oxumayan naşı davranışlarına diqqət çəkmək istədim. Kimsə Avropanın xəritəsini yenidən çəkməyi düşünmür, heç Moldovanın xəritəsində də dəyişiklik ağlabatan deyil. İyirmi ildir orqanizmdə olan Dnestryanı xəstəliyi donduraraq vücudunda gəzdirən bizim Azərbaycana bənzər taleni yaşayan bir Moldova var. Xəstəliyimiz bir-birinə tanış olduğundan bizlər Qaqauzların bu hərəkətindən hansı qoxunun gəldiyini dərhal hiss edirik. 
Məncə burada Türkiyə və Azərbaycan xarici siyasətini qınaq altında saxlayacaq bir neçə ciddi məqam da var. İyirmi ildir ki, əlaqələrimiz olan bu ərazidə kompakt şəkildə yaşayan bir kiçik Türk topluluğunun bu dərəcədə Rusiyanın iradəsinə doğru sürüşməsinə bu qədər imkan tanınmamalıydı. Moldova bizim üçün haçansa presedent ola bilər və biz maraqlı olmalıyıq ki, oradakı separatçılığa Moldovanın istədiyi kimi son qoyulması bir çözüm meyarına çevrilsin. Avropa Birliyi bizdən fərqli olaraq bütün sənədlərində Moldovanın ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayırır. Türkiyənin bu yöndə imkanları bizdən də artıq idi, yüzlərlə qaqauz orada təhsil alırdı, necə olur ki, oranın siyasi elitasında Türkiyə maraqlarına uyğun davranan kimsə tapılmır, hamı Rusiyanın istədiyi siyasətin aktyoruna çevrilir.
Bəlkə Qaqauzlar üçün Rusiyayönlü siyasətin başqa bir perspektivi var, əlbəttə, biz onların maraqlarını özlərindən daha yaxşı bilmərik. Bu bir kənar müşahidədir və kiçik bir türk topluluğunun Rusiyaya arxayın olub Moldova ilə üz-üzə qalması fikrimizcə gələcək üçün yaxşı heç nə vəd etmir. Əgər savaş çıxarsa, təbii ki, Rusiya alovu gücləndirmək üçün hər cür silah ötürə bilər, ancaq həlak olan yenə də qaqauz xalqı olacaqdır və öz sayını yenidən bərpa etmək imkanı bu savaşdan sonra çətin mümkün ola. İndiyədək qazandıqlarını itirmək ehtimalı daha da böyük. Naşı siyasət bəlkə də Alın Yazımız deyil, ancaq alnımız beynimizdən öncə düşünməyə başlayanda yaşadığı faciələrə görə qaqauzu da, özbəyi də, qırğızı da, azərbaycanlısı da ya ermənini, ya rusu, ya çinlini söyməyə başlayır. 
Üzülürəm, acıyıram, özümü də qınayıram bir Türk qardaşıma qarşı olduğuma görə, ancaq bu məsələdə tərəddüdsüz Moldovanı dəstəkləyirəm- Avropaya can atan Moldovanı...

Fazil Mustafa,

Milli Məclisin deputatı

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM