İstanbulda XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir - FOTO

11:21 / 06.02.2014

Strategiya.az AzərTAc-a istinadən xəbər verir ki, İstanbulda Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir

Zirvənin açılış mərasimində Avrasiya İqtisadi Zirvəsinin tarixi haqqında sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrikinin mətnini oxumuşdur. Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, dünyanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanmış, dövlətimizin başçısı bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulamışdır.
Türkiyə Prezidenti Abdullah Gülün Zirvə iştirakçılarına məktubunda Avrasiya məkanında əməkdaşlığın əhəmiyyəti, regionda sülhün və sabitliyin təmin olunmasında bu cür tədbirlərin rolu vurğulanmışdır.
UNESCO-nun baş katibi İrina Bokovanın Zirvə iştirakçılarına müraciətində də sülh və sabitliyin əhəmiyyəti, qlobal dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsində siyasətçilərin, mədəniyyət və din xadimlərinin mühüm rolu qeyd olunmuşdur.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında bildirmişdir ki, bu Zirvə çərçivəsində enerji məsələləri – TANAP, TAP və “Şahdəniz-2” layihələri diqqət mərkəzində olacaqdır. Azərbaycan təbii qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna diqqət çəkən natiq demişdir ki, bu layihələr sayəsində Türkiyə mühüm enerji mərkəzinə çevriləcəkdir. Zirvənin gündəliyinə İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, insan ticarəti, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri daxil edilmişdir.
Açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, BMT-nin Mədəniyyətlər İttifaqı ali komissarı Nassir Əbdüləziz Əl Nasser, Bosniya və Herseqovinanın Baş naziri Vjekoslav Bevanda qlobal dünyada siyasi, iqtisadi və sosial problemlərin həllində dialoq prosesinin əhəmiyyətindən bəhs etmiş, Zirvənin işinə uğurlar diləmişlər.
Sonra Zirvə öz işini “İpək yolunda iqtisadiyyat və enerjinin gələcəyi”, “Dialoqun sülh üçün əhəmiyyəti” mövzularında bölmə iclasları ilə davam etdirmişdir.
Bölmə iclasında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Fənər Rum patriarxı Varfolomey, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasında din xadimlərinin rolundan bəhs etmişlər. Çıxışlarda Azərbaycanda ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi mükəmməl din-dövlət münasibətləri, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdəki dini tolerantlığın müntəzəm olaraq yer aldığı öz əksini tapmışdır.
Enerji və iqtisadi məsələlərə həsr olunmuş bölmə iclasında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Türkiyənin maliyyə naziri Məhmət Şimşək və digər natiqlər bölgənin iqtisadi vəziyyətini dəyərləndirmiş, enerji sektorunun perspektivlərindən bəhs etmişlər. Vurğulamışlar ki, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçiriləcək yeni enerji layihələri – TANAP və TAP boru xətləri regionda iqtisadi və sosial tərəqqiyə şərait yaradacaq, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə olacaqlar.
XVII Avrasiya İqtisadi Zirvəsi fevralın 6-da öz işini davam etdirəcəkdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM