Azərbaycan Ordusunun tərkibində Ermənistana qarşı döyüşmək üçün Silahlı Qüvvələrimizə onlarla könüllü müraciət edib.
Trend-in əldə etdiyi məlumatlara görə, son günlər cəbhə xəttində yaranmış gərginlikdən sonra Silahlı Qüvvələrin ünvanına çoxlu sayda insan müraciət edərək əldə silah Azərbaycan Ordusunun tərkibində düşmənə qarşı vuruşmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istədiklərini bildirib. Bu, onu göstərir ki, Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhu heç də zəifləməyib, əksinə, çox yüksək səviyyədədir.
Bu məqsədlə Silahlı Qüvvələrə vaxtilə hərbi xidmətini başa vurmuş, ali təhsil almış, heç 18 yaşı tamam olmayan, eləcə də yaşı çox olan şəxslər də müraciət ediblər. Onlardan bəzilərinin kimliyini anonim saxlamaqla bir neçəsinin müraciətindən bəzi sitatları təqdim edirik:
"Cəbhədə vəziyyət gərgindir. Hər gün şəhid verir bu Vətən. Əgər müharibə olacaqsa, könüllülərdən olmaq istəyirəm. Əgər belə siyahı varsa, məlumatlanmaq istərdim. Belə bir siyahı olarsa, ora necə yazılmaq olar?"
"Sizdən xahiş edirəm ki, əgər döyüş əmrini versəniz, məni könüllü olaraq hərbi döyüş tapşırığını yerinə yetirmək üçün qəbul edəsiniz".
"Bu gün heç bir təmənna güdmədən Vətən torpağını qorumaq üçün istənilən an savaşmağa hazıram".
Erməni işğalına qarşı vuruşmaq istəyənlərin arasında azərbaycanlılarla yanaşı, Türkiyə də daxil olmaqla, xarici dövlətlərin vətəndaşları da var. Həmin şəxslərin də kimliyini anonim saxlamaqla bir neçəsinin müraciətindən bəzi sitatları təqdim edirik:
"Türkiye Cümhuriyyeti vatandaşıyım. Ermenistanla çatışma, savaş duyumları aldım. Eğer doğruysa, gönüllü asker olarak gelmek istiyorum".
"Ermenistanla olası bir savaş hali var. Azerbaycan üçün ölmeye, öldürmeye hazırım".
"İşğal altında bulunan Azerbaycan toprağı Karabağı tamamen tekrar geri kazanmamız için yüce Allahtan niyaz ederim. Yüce Allah sizlere yardımcı olsun, sizleri korusun, güclü kılsın. Yolunuz açık olsun!"
Onların hamısına təşəkkür edilib və bildirilib ki, hələlik buna heç bir ehtiyac yoxdur, çünki Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü hər an bərpa edə biləcək güclü ordusu var.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib. Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib, kəndin ərazisinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM