Korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir
Strategiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizənin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından irəli gələn növbəti tapşırıqların yerinə yetirilməsi məqsədilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə ardıcıl tədbirlər həyata keçirilmiş, bu proses 2014-cü ilin ilk aylarında da davam etdirilmişdir.
Belə ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarətin lazımi səviyyədə həyata keçirilmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülmədiyinə, daxil olan məlumat, ərizə və şikayətlərin araşdırılmasında, inzibati xəta haqqında qərarların qəbul edilməsi zamanı ciddi nöqsan və qanunsuzluqlara yol verildiyinə görə Departamentin direktoru və 14 əməkdaşı tutduqları vəzifədən azad edilmiş, 7 nəfərə töhmət verilmiş, 1 nəfər isə aşağı vəzifəyə keçirilmişdir.
Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin fəaliyyətlərində də nöqsanlara və qanun pozuntularına yol verildiyi aşkar olunmuş, araşdırmaların nəticələrindən asılı olaraq Nazirliyin müvafiq əmrləri ilə 9 əməkdaş, o cümlədən fəaliyyətlərində yol verdikləri ciddi pozuntulara görə 5 məsul şəxs - 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəisləri, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəis müavini və ətraf mühitin mühafizəsinə nəzarət sektorunun müdiri tutduqları vəzifədən azad edilmişlər. 1, 2, 3, 4, 5 və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin ümumilikdə 38 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülmüşdür.
Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar zamanı 9646 m3 həcmində 66285 manat məbləğində aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı faktı aşkar edilərək hüquqi qaydada sənədləşdirilmişdir. Yoxlamaların nəticələrinə uyğun olaraq Goranboy, Zaqatala, Cəlilabad və Şamaxı meşə mühafizəsi və bərpası müəssisələrinin direktorları, habelə Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən azad edilmiş, ümumilikdə, Nazirlik və Departamentin nomenklaturasına aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülmüş, onlardan 66 nəfəri işdən çıxarılmış, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məsələyə hüquqi qiymət verilməsi məqsədilə təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və meşə fonduna dəymiş ziyanın ödətdirilməsi üçün 111361 manat ziyan məbləğində 100 iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 7 meşə dolayında aparılmış araşdırmalar zamanı, mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində, ümumilikdə 435.15 m3 həcmində, 2387.18 manat köküstə nırx dəyərində 328 ədəd aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı aşkar olunmuş, buna görə hesablanmış ziyan təqsirkarların hesabına ödətdirilmiş, müəssisə direktoru və 11 meşə mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülmüş, 6 meşə gözətçisi tutduğu vəzifədən azad olunmuşlar. Bununla əlaqədar materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılmışdır.
Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də meşələrin mühafizə olunması vəziyyəti araşdırılan zaman ciddi faktlar üzə çıxarılmışdır. 56 meşə dolayında mühafizə xidmətinin zəif fəaliyyəti nəticəsində 2708,12 м3 həcmində 17572,46 manat köküstə nırx dəyərində 1316 ədəd müxtəlif cins və diametrli yaş köküstə ağacın özbaşına qanunsuz kəsilərək meşə sahəsindən aparıldığı aşkar olunmuş, dəymiş ziyandan 16172,46 manatın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilmiş, müəssisənin direktoru və əraziyə cavabdeh 8 meşə gözətçisi tutduqları vəzifədən çıxarılmış, 13 meşə mühafizə işçisi barəsində digər intizam tənbeh tədbirləri görülmüşdür.
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən də tabeli qurumların ərazilərində yoxlamalar aparılmış, aşkar edilmiş qanun pozuntularına görə 72 nəfər mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülmüşdür. O cümlədən milli park və dövlət təbiət qoruqlarında əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə 2 sahə müfəttişinin və 9 mühafizə yegerinin əmək müqavilələri ləğv edilmiş, 6 sahə müfəttişinə və 24 mühafizə yegerinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 7 sahə müfəttişinə, 17 mühafizə yegerinə isə töhmət verilmişdir.
Şahdağ Milli Parkının Quba bölməsinin Rostov, Quba, habelə Vəndam və Bum meşəbəyliklərində qanunsuz şəkildə ağacların kəsilməsi, Qızılağac Dövlət Təbiət Qoruğunun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, Ağgöl Milli Parkında yol verilmiş maliyyə pozuntuları, “Salyan OİL” şirkətinin Şirvan Milli Parkının ərazisində qanunsuz fəaliyyəti ilə əlaqədar, həmçinin Astara rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla bağlı toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də Şahdağ Milli Parkının ərazisində qanunsuz ov edən şəxs barəsində və Lənkəran rayon sakininin Hirkan Milli Parkında yol verdiyi qanunsuzluqlarla əlaqədar toplanmış müvafiq sənədlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.
İşdə yol verdikləri nöqsan və vəzifə pozuntularına görə Hirkan Milli Parkının direktoru, Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru və mühafizə üzrə direktor müavini, Ağgöl Milli Parkının baş mühasibi tutduqları vəzifədən azad edilmiş, bir sıra məsul milli park və qoruq əməkdaşı barəsində ciddi intizam tənbeh tədbirləri tətbiq edilmişdir.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tabeli qurumlarında da bir sıra yoxlamalar həyata keçirilmiş və ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisində ciddi faktlar aşkar edilmişdir. Aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, idarənin direktoru çöl-sahə işlərini düzgün təşkil etməmiş, yaşıllıqların salınması işinə səhlənkar yanaşaraq ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsini təmin etməmiş və digər vəzifə pozuntularına yol verərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ərazidə əkilmiş 78 000 ağacdan 55538 ədədinin qurumasına şərait yaratmışdır. Bu əməllərinə görə ASC-yə 91 000 manat məbləğində ziyan vurulmuşdur. Buna görə idarənin direktoru tutduğu vəzifədən azad edilmiş və tərtib olunmuş sənədlərdə cinayət tərkibinin əlamətləri olduğundan toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və istintaq zamanı idarə rəhbərinin səhlənkarlıq cinayəti ilə yanaşı külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktları da aşkar edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzində aparılmış təhlil və araşdırmalar göstərmişdir ki, Mərkəz fəaliyyətini Əsasnaməsinə və digər hüquqi aktlara, o cümlədən Nazirliyin əmrlərinə uyğun yerinə yetirməmiş, görülən işlər qanun pozuntuları ilə müşayiət olunmuşdur. Bir sıra hallarda Mərkəzin əməkdaşları səlahiyyət həddini aşaraq sahibkarlıq subyektləri olan müəssisələrə qanunsuz müdaxilələr etməkdən belə çəkinməmişlər. Halbuki, Mərkəzin fəliyyət istiqaməti ekoloji norma, standart və qaydaların, müvafiq metodikaların müasir tələblərə uyğun daim təkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanmasından ibarətdir. Qeyri-qanuni olaraq ayrı-ayrı müəssisələrə daxil olduğuna və sahibkarlıq subyektlərinin rəhbərləri qarşısında əsassız tələblər irəli sürdüyünə görə Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin məsul əməkdaşı tutduğu vəzifədən azad edilmişdir.
Korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyində həyata keçirilən tədbirlər 2014-cü ilin ilk aylarında da davam etdirilmişdir.
2014-cü ilin yanvar ayında Şirvan Milli Parkının 3 saylı sahəsində 3 nəfər şəxsin qanunsuz ov etmələri faktı aşkar edilmiş, onlardan 3 ədəd ov tüfəngi, 3 ədəd patrondaş, müxtəlif çaplı 120 ədəd dolu patron, 1 baş ovlanmış yaşılbaş ördək və adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na salınmış 2 baş ovlanmış turac, 1 ədəd rezin qayıq və digər predmetlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut kimi götürülmüşdür. Faktla bağlı təqsirkar şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə təqsirkarlara, ümumilikdə 4000 manat məbləğində cərimə tətbiq olunmuş və qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyan hesablanaraq 1985,50 manat məbləğində iddia qaldırılmışdır.
Şirvan Milli Parkında araşdırmalar davam etdirilmiş və bir gün sonra Parkın yenə 3 saylı sahəsində ayrı-ayrı şəxslərə məxsus 3 yerdə mal-qara yatağının olması faktı və bu yataqlarda mal-qara saxlanılan çoxlu sayda tövlə, yaşayış yerləri və yardımçı tikililər aşkarlanmış, həmin yataqlarda ümumilikdə 902 baş xırdabuynuzlu və 98 baş iribuynuzlu mal-qaranın saxlanılması nəticəsində 2,7 hektar torpaq sahəsinin bitki örtüyünün tamamilə məhv olduğu müəyyən edilmişdir. Milli parkın ərazisində yataqların qanunsuz fəaliyyəti nəticəsində təbiətə 51330,60 manat məbləğində ziyan dəymişdir.
Həmin əraziyə növbəti baxış zamanı parkın 3 saylı sahəsində daha 855 baş xırdabuynuzlu mal-qaranın özlərini təqdim etməyən şəxslər tərəfindən otarılması, 208 baş iribuynuzlu mal-qaranın və 28 baş atın sahibsiz halda otlaması faktları aşkarlanmışdır. Aparılmış araşdırma zamanı mal-qaranın sahibləri müəyyənləşdirilmiş, bu şəxslər barəsində akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İribuynuzlu mal-qaranın Milli Parka vurduğu ziyan 331,76 manat, atların otlaması nəticəsində Milli Parka dəymiş ziyan 44,66 manat məbləğində hesablanmış və bu məbləğ həmin gün növbədə olan mühafizə yegerlərinin üzərinə yazılmışdır. Bununla da, ümumilikdə təbiətə 54303,84 manat məbləğində ziyan dəyməsi faktı üzə çıxarılmışdır.
Ərazidə yuxarıda göstərilən qanunsuzluqlara yol verdiklərinə görə Şirvan Milli Parkının direktoru və parkın mühafizə yegeri tutduqları vəzifədən azad edilmiş və mühafizəyə cavabdeh digər əməkdaşların məsuliyyətinin müəyyənləşdirilməsi məqsədilə qanunamüvafiq tədbirlər davam etdirilir.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM