"Baxın, ay jurnalistlər, sizə dedim ki, məndən çox yazın"

09:53 / 07.02.2014

Sabiq deputat Gültəkin Hacıbəylini hədəfə aldı

Sabiq deputat Milli Şuraya etiraz etdi

 Fevralın 6-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında məhkəmə iclası oldu.
 
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesə gətirilən təqsirləndirilən Gülər Əhmədova şüşə kabinəyə salındı. 
 
Zala daxil olub şüşə kabinəni görən sabiq deputat özünü gülməkdən saxlaya bilmədi. Kabinəyə salınan kimi zalda iştirak edən jurnalistlərə, həyat yoldaşına baxaraq “bu nədi belə” deyə sual etdi.
 
Hakimə müraciətində isə G.Əhmədova ironiya ilə soruşdu ki, ötən prosesdə vəkilinin yanında əyləşmək xahişi etdiyi halda indi onu şüşə kabinəyə salıblar: “Bunun xüsusi səbəbi varmı?”
 
Hakim bu suala daha sonra aydınlıq gətirəcəyini desə də, sonra bu barədə danışmadı. 
Vəkil Əfsər Talıbov ilkin baxış iclasının qərarından kasasiya şikayəti verildiyi üçün prosesin qeyri-müəyyən vaxtadək təxirə salınmasını təklif etdi. Hakim və dövlət ittihamçısı buna etiraz etmədiyi üçün proses qeyri-müəyyən vaxtadək təxirə salındı. 
 
Ötən proses zamanı G. Əhmədovanın vəkili Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət olunub.
 
Məhkəmə cəmi 2 dəqiqə davam etdi. G.Əhmədova isə məhkəmə zalını tərk edərkən jurnalistlərə sözü olduğunu dedi. Öncə “Yeni Müsavat”ın prosesdə iştirak edən əməkdaşını Parlament Jurnalistlər Birliyinin keçirdiyi sorğu nəticəsində “İlin jurnalisti” seçilməsi münasibətilə təbrik edən G.Əhmədova kinayəsindən də geri qalmadı. Üzünü əməkdaşımıza tutaraq belə dedi: “Nə istəyirsən, səni ilin jurnalisti elədim? Məndən o qədər yazdın ki, axırda mükafat aldın. Baxın, ay jurnalistlər, sizə dedim ki, məndən çox yazın. Görürsüz, məndən yazan ilin jurnalisti olur”.
 
Əməkdaşımız isə G.Əhmədovaya bundan öncə də dəfələrlə mükafat, ad aldığını və bunun heç birinin sabiq deputatla bağlı yazdığı yazılarla əlaqədar olmadığını xatırlatdı. Sabiq deputatın “səni təbrik edirəm” sözləri ilə bu mövzu yekunlaşdı. 
 
Daha sonra G.Əhmədova üzünü jurnalistlərə tutaraq bir narazılığını da bildirdi: “Mən Milli Şura üzvlərini məhkəməyə dəvət etmişdim ki, gəlib izləsinlər. Burada baş verənləri görsünlər, sonra yazsınlar. Amma gəlmədilər. Mən onları bir daha dəvət edirəm. Əqidəsini saxlayan adamlar həm iqtidarda qiymətli olur, həm müxalifətdə. Mən bilirəm ki, o məktubun müəllifi kimdir. Gültəkin Hacıyevadan söhbət gedirsə, o bilməlidir ki, tutulmağa qalsa, bəlkə də elə tutulmalı adam o idi. Mənə qarşı nə bir şahid ifadəsi, nə zərərçəkmiş, nə bir sübut var. Üzümə duran da yoxdur.  Ona görə deyirəm ki, ona qarşı həddən artıq humanist, mənə qarşı sərt davranıblar. Milli Şuraya isə təəssüf edirəm. Bir qadınla digərini müqayisə edirlər”. 
 
Bu sözləri dedikdən sonra G.Əhmədovanı məhkəmə zalından çıxardılar. Daha sonra vəkili aydınlaşdırdı ki, sabiq deputatın etirazına səbəb olan məqam Milli Şura tərəfindən daha öncə media orqanlarından birində yazılan məqalədir. Həmin məqalədə bir abzas da Gültəkin Hacıbəyliyə həsr olunub. Yazıda bildirilib ki, hakimiyyət G.Əhmədovaya qarşı daha loyal davranıb, sonuncu 1 milyonluq dələduzluq etdiyi halda cəmi 3 il azadlıqdan məhrum edilib və əmlakına həbs qoyulmayıb. G.Hacıbəylinin əmlakına isə həbs qoyulub və sair. Vəkili və ailəsi hesab edir ki, bu müqayisə uğursuzdur və sabiq deputat bu səbəbdən ona reaksiya verib. /musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM