Bazar günü TPL-in 20-ci turu çərçivəsində Lənkəranda yerli “Xəzər Lənkəran” “Böyük oyun”da futbolumuzun “Flaqman”ı “Neftçi”ni qəbul edəcək. Azerisport.az bu möhtəşəm qarşılaşmanın taleyini həll etmək iqtidarında olan yeddi simanı diqqətinizə çatdırır:
Adrian Lənkərana gəlib-gedən məşqçilərdən asılı olmayaraq, cənub klubunun heyətində ən uğurlu futbolçulardandaır. Rumıniyalı ötən tur “Qarabağ”la prinsipial oyunda fərqlənərək, komandasına qələbə gətirdi. Skarlatake nəinki standart vəziyyətlərin ifası zaman, hətta mövqeli hücumlarda da irəli atılır. Bununla yanaşı Skarlatakenin “ikinci mərtəbədə” inamlı oyunu və orta məsafələrdən artilleriyası da diqqət çəkir.
“Xəzər Lənkəran”ın kapitanının meydanın mərkəzində oyunundan adətən komandanın bütün oyun təsviri asılı olur. Rahid həm dağıdıcı və həm də yaradıcı planda uğurlu oynamaq bacarığına malikdir. Əmirquliyev hər iki bacarığını meydanda uğurla həyata keçirəndə isə, bu mexanizm dəqiqliklə çalışır. Tez-tez qol vurmasa da, qol hücumlarında məmnuniyyətlə iştirak edir.
“Flaqman” hələ Superkubok oyununda Tounkaranın əlindən cana gəlmişdi. Ümumiyyətlə, o, kifayət qədər yaşı təsir bağışlayır. Düzdür, diqqətlə izləniləndə meydanda sanki itir. Ancaq bu zaman çox şey onun komanda yoldaşlarından və onların Sadionu sığortalaya bilmək imkanlarından asılı olur.
Braziliyalı yarımmüdafiəçi “Xəzər Lənkəran” qapısına yolu gözəl bilir. “Böyük oyun”un ən sərrast futbolçusunun hesabında 7 qol var. Ancaq çətin ki onu “vuran ayaq” adlandırasan, axı Flavinyo oyun qurucusudur. Tapşırığı meydanda qol vəziyyətləri yaratmaq olsa da, məhz o, dəqiq zərbələrə görə hamını qabaqlayır. Böyükağa Hacıyevin dönəmində Flavinyoya aprıcı rollardan birini ifa etmək etibar edilir və bu, o deməkdir ki, rəqibləri bazar günü ona xüsusilə diqqət yetirməlidirlər.
Kamerunlu hücumçu TPL-in 19-cu turunda “Simurq”a qarşı oyunu ehtiyat oyunçular skamyasından başlamışdı. Ancaq Böyükağa Hacıyevin onu ikinci hissədə meydana atması ilə iki qol vuraraq oyunun taleyini həll edə bildi. Şəkkakların ağzını yummaq üçün Nfora Lənkəranda da fərqlənmək kifayət edər. Yığdığı idman formasını nəzərə alsaq, Ernestin əsas heyətdə Baxodir Nasimovun yerinə çıxması ehtimalı da istisna edilmir.
Nə qədər ziddiyyətli görünsə də, bu mövsüm braziliyalı müdafiəçi “Neftçi”nin ən sərrast futbolçularındandır. Karlos “Flaqman”ın məğlub olduğu Superkubok oyununda da fərqlənə bilmişdi. Kardosonun hücumlara vaxtında və keyfiyyətli qoşulması “Neftçi”nin rəqiblərinə daima başağrısı gətirir. Lənkərandakı oyunun da bu qəbildən istisna olmayacağı şəksizdir.
Beləliklə, qarşıdakı “Böyük oyun”un şübhəsiz, əsas siması - hakim. Hələlik adına aydınlıq gəlməyən ədalət təmsilçisinin indidən məşqçilər, futbolçular, azarkeşlər və bütün futbol ictimaiyyətinin diqqətində olması danılmazdır. “Böyük oyun” istənilən hakim üçün bir çağırışdır. Ancaq təcrübə göstərir ki, heç də hər hakim bunun öhdəsindən gəlmək iqtidarında deyil.