PUTİNİN ZİREHLİ OLİMPİYA ÇƏKMƏLƏRİ

10:59 / 08.02.2014

Tarix təkrar olunur.Qafqazın yeni fəthi 21-ci əsrin rus çarı Putinin ifasında uğurla reallığa çevrilir.”Səlib yürüşü”nü bu dəfə ənənəvi metodlarla aparmağa ehtiyac qalmadı.Son iki yüz ildə barıt qoxusu kəsilməyən bir məkanın səmasında indi Olimpiya məşəli və simvolu bərq vurur,Rusiyanın əzəmətli himni və bayrağı dünyaya meydan oxuyur.Keçmiş imperiya sələflərindən qalan tanklar və topların erası daha bitdimi?Sual bu dəfə ritorik deyil.

1861-ci ildə rus-türk müharibəsindən sonra hökmdar 2-ci Aleksandr Soçinin daxil olduğu Qərbi Qafqaz əhalisinin məskunluğuna dair xüsusi fərman verir.Sənəd Osmanlı xanədanının hakmiyyəti altına sığınan məğrur dağlıların və çərkəzlərin tamamilə ram edilməsi,müqavimət göstərənlərin məhvi və bölgənin rus nüfuzuna qaytarılması üçün tədbirləri özündə ehtiva edirdi.Kazak ataman dəstələri minlərlə qadın,uşaq və ahılı qılıncdan keçirərək,tabe olmayanları amansızlıqla qətlə yetirərək çarın qərarını təmin edir.

Tarixçi alim İ.Drozdov arxiv materialları ilə sübut edir ki,silahsız kütlələrin təxminən yarısı-yüz minə qədəri qarlı və şaxtalı təbiətin əsirinə çevrilərək qaçqınlıq yolunda həyatlarını itirdilər.İndi Soçinin əzəmətli dağ və yamaclarında əski babalarının və ruslarla vuruşlarda öldürülmüş insanların cəsədləri üzərində elə həmin osmanlıların yeni nəsli Putinin planında mühüm yer tuturlar.Türk inşaat kompaniyaları hərbçi keçmişini və əskər kimi döyüşərək torpaqları fəth etmək tarixini bir kənara qoyaraq Kremlin ayırdığı 51 milyard dollarlıq bahalı layihələri qazanmaq yolunda özlərini fəda edbilər.Nə etməli,müasir dövrün müharibəsi elə budur.

Xəstə Yeltsinin öz gününə saldığı bir məmləkəti 2000-ci ildə ondan təhvil alanda yeni rus prezidentinin heç ağlına da gəlməzdi ki,cəmi 7 il sonra O,Avropanı inandıraraq əsrin növbəti uğurlu layihəsini onda qanlı döyüş apardğı Qafqazlara gətirə biləcək.Ən azı on ilini çeçen mücahidlərinin azadlıq mübarizəsini və islamçı-millətçi birlik ideallarını yerlə-yeksan etməyə xərcləyən rus Hökuməti indi buranı dünyanın üzünə yeni mənəzərədə açır.Etiraf etməliyik ki,çox ağılla qurulmuş ssenaridir.Əsil Qərb texnologiyası sayıla bilər.Demirdiniz düşməni qeyri-hərbi vasitələrlə ram edin-elə isə buyurun.

Soçinin dağ yamaclarında qurulan əzəmətli idman kompleksləri regionun minillik tarixində yeni hadisədir.Hətta Stalinin bir günlük istirahət guşəsini qoruyub saxlayan çərkəzlər keçmiş Sovet rəhbərinin ruhunu yad edərkən ondan miras qalmış dağıntıları və uzcuz-bucaqsız Vətən çöllərinin yararsızlığını Rusiyanın hazırkı başçısının qurucu əlləri ilə abad etdilər.Qoy bütün dünya bunu görsün-ruslar təkcə dağıtmır,həm də qurur,yaradırlar.Çox da bu millətin sifətinə təbəssüm yazılmayıb,lakin faşizm təhlükəsinə son qoyaraq dünyanı Hitlerizmdən xilas edən bir xalq Qafqaza indi Putinin zirehli xizəkləri ilə gəlir.Rus tanklarının tırtıllarının səsinə və bronemaşınların uğultasına etiraz edənlərin buna sözü nə ola bilər? 

Daha rus prezident qafqazlılarla savaşmayacaq? Bunu indi demək çətindir.Lakin Dudayevin mənəvi varislərini dağ-kurort əyləncələrində özgürlükdən və fanatik savaş ideologiyasından tamam uzaqlaşdırıb adi vətəndaşlara,sülhpərvər və islah kütləyə çevrimək imkanları şübhəsiz ki,birə-beş qat artıb.Daha dağlarda sığınacaq tapanların və islamçı yaraqlılar adı ilə izlənilənlərin alternativi sadəcə təbəəliyə sürüklənən məğlub çeçenlər deyil,həm də büdcənin çəkili hissəsini sərf edən yeni Qərbi Qafqazda özünə iş tapan,çalışan müasir insanlardır.

Bəli,O,bunu bacardı.Putin üzərinə gələn dünyəvi ideoloqları,casus və terror şəbəkələrini,daxili düşmənləri,informasiya manipulyatorlarını və texnoloqlarını yenə bildi. Dünyada heç bir idman turniri bu qədər siyasiləşməmişdi.Rəhbərlik etdiyi sistemin təftişi fonunda bir tərəfdən qanlı Yaxın Şərq cəbhəsində vuruşan rus lideri,o biri yandan olimpiya boykotçularının ağır zərbələrini dəf etməli oldu.Görün onun qarşısına nə ilə çıxmışdılar-cinsi azlıqların diskriminasiyası,

korrupsiya və insan haqları problemi.Məgər QEYrət damarı tutanlar ötən əsrin 80-cı illərində Sovet İttifaqına qarşı məlum kampaniyanın uğrusuzluğundan nəticə çıxarmamışdılar?Axı onda da dünyanın hər yerindən idmançıları şər imperiyasına getməkdən çəkinməyə çağırırdılar.Nəticəsi nə oldu?Məhşur Olimpiya ayısı hələ də xəyallarda yaşayır və qalib gəlir.

Ona görə Barak Obamanın,yaxud Anqela Merkelin Soçiyə gəlməməsi nəyi dəyişəcək ki?

İndi Qafqazda sabitlikdir.Heç zaman olmadığı kimi.Həmişə qaynar xəbrlərlə gündəmə gələn region indi dünya informasiya məkanını sülh bayraqları və sevinc atəşəfəşanlıqları ilə bəzəyib.Təkcə yüz min polsi qüvvəsi təhlükəsizliyə cavabdehlik daşıyır.Ordu və xüsusi xidmət rqanlarını da bura əlavə etsəniz,görəcəksiniz ki,Qafqaz heç vaxt bu qədər təhlükəsiz olmayıb. Hətta bu yerdə törənəcək qanlı terror olayları belə hazırki sistemin möhkəmləyiniə zərbə vura bilməz.Çünki onda rəsmi Kremlin təbliğatı təsdiqlənəcək ki,düşmənləri hər yerdə əzmək lazımdır.Əgər Putinin ssenarisi sona qədər uğurla icra olunsa,varlı bir ölkə qapılarını yeni ideyalarla və pullarla gələn dünya milyarderlərinə açmış olacaq.Əsil mədəniyyət ixracı,olimpiada vasitəsilə siyasi kursunun təbliğatı və şəxsi avtoritetinin təntənəsidir.

Kiçik xalqlara böyük qılınc arzulayan Şeyx Şamil babamız indi sağ olsaydı,Soçi Olimpiadasının şərəfli tamaşaçı vestibülündən baxımlı yarışları seyr edirdi.Onun fəlsəfi təlimi məğlub oldu.Şamili Moskvaya aparan çar Aleksandrdan fərqli olaraq Putin əlində məşəl Qafqazı salamlamağa özü gəlib.7 il əvvəl Beynəxalq Olimpiya Komitəsiinin sədrinə vəd verərkən O,deyir:”narahat olmayın,qar olacaq”!Yəni,Allah da onu tərəfində Soçinin havasını müəyyənləşdirir!

İndi siz deyin,yüzlərlə medal qazananlar qalibdir,yoxsa Rusiya prezidenti?Rəmzi pyedestalın 1-ci yerinə çıxan Putin qədim Olimpiya məşəlini başı üzərinə qaldıran əsil rus Prometeyidir!

Milli Məclisin deputatı,
Zahid Oruc




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM