«APA-Economics»in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, «Həzi-Aslanov» metro stansiyasının dispetçerləri «Dərnəgül» istiqamətində gedən sərnişinlərə metronun «Neftçilər» və ya «Nəriman Nərimanov» stansiyalarından istifadə etməyi tövsiyə ediblər.
Məsələ ilə bağlı Bakı Metropoliteninin rəis müavini Rizvan Bayramov «APA-Economics»ə bildirib ki, qatarların gecikməsinə xüsusi bir səbəb yoxdur. «Sadəcə, sərnişinlər qatarlara minərkən, qapıların vaxtında bağlanılmasına mane olurlar və nəticədə, qatarların hərəkətində ləngimə müşahidə olunur», - deyə R. Bayramov əlavə edib.