BÜTÖV AZƏRBAYCANLI AXTARIŞI

12:48 / 10.02.2014

Küçədə-bacada hamı Suriyanı müzakirə edir. Necə ola bilər ki, insan bankda, şirkətdə, bazarda gəlirli işini atıb şəhid olmaq niyyəti ilə tanımadığı bir məmləkətə yollansın. Suriyadakı savaşa adam göndərən hansısa şəbəkədən söhbət gedir. Ancaq hər cür belə şəbəkələr ola bilər, gedən ki, ağlı başında olan insandır: ailəsini, işini, Vətənini atıb gedə bilirsə, demək ki, hansısa qəti qərar verəcək xarakterə sahibdir. Bütün bu hay-küyün əslində bir səbəbini sezmək olur: Ölümdən qorxan çoxluq üçün ölümü adiləşdirən bu azlıq uzaqlarda da olsa psixoloji təhlükə olaraq rahatsızlıq yaradır. Əslində Qarabağda savaş olsa getmək niyyəti olmayan böyük çoxluğun onlara qarşı birinci ittihamı da, “heç Qarabağda savaş olsa getməyəcəklər”dən başlayır. Başqa ölkələrdə silahlı münaqişələrdə döyüşən Azərbaycan vətəndaşları barədə cinayət məsuliyyəti yaradan absurd bir Qanunun qəbul olunmasına da çağırışlar var. Anlamaq istəyən yoxdur ki, tarixi ənənəsinə görə, bugünki qavrayışına görə, bizdə çoxluğun mənimsədiyi İslam, Suriya savaşı olmadan belə öz içində nifrət ağırlığı ilə seçiən bir İslamdır. İnsanlar dindarlaşdıqca, sanki insana sevgilərini, dəyərlərini daha çox azaltmış olurlar. Fərdi haqları daha çox kollektiv haqların içində basdırmağa çalışırlar. Bu savaş duyğusunun bəlkə də xaricə köçürülməsi Azərbaycan üçün bir vaxt qazanma şansıdır. Bu şansdan ağıllı şəkildə yararlanaraq sağlam din düşüncəsini cəmiyyətə çatdırmaq əvəzinə hamı öz durduğu mövqeni haqlı sayaraq başqasının cinahına yönəlik mübarizədən danışır. Ancaq bir gerçəyi anlamaq istəmirlər ki, yanlış din anlayışına qarşı ən səmərəli mübarizə doğru alternativlərin təbliğ olunmasıdır. 
Əlbəttə, insanların asudə vaxtını necə seçmələri yönündə dəqiq bir istiqamətləndirmə işi xeyli çətindir. Kimisi bu asudə vaxtını Yesentukidə, Karlova Varıda, Baden-Badendə, kimisi də bəşər əsadçilər cinahında və yaxud zəngin Ərəb dövlətlərinin dəstəklədiyi antibəşər cinahında radikal dinçilər tərəfdə vuruşaraq keçirməkdə görür. Xeyli hissəsi müasir silahlardan istifadə etmək qabiliyyətində olmasa da savaş məntəqəsinə çatan kimi alovun içində özlərini görməyə başlayır və bir çox halarda təcrübəsizlikdən ölürlər. Bir tərəfdən də Əsadı müdafiə edən Hizbullahın ölüm timlərində bu millətin təmsilçiləri başqa bir antiislamın təəssübkeşi kimi döyüşməyə girişir. Iki xarakterik Azərbaycan dindar kimliyi üz-üzədir. Hər ikisi də İslamın sağında və ya solundadırlar, İslamın özündə olmağı, onun nüvəsində durmağı bacarmamış, hər ikisi də yaradılanı yaşatmağı deyil, öldürməyi hədəf olaraq seçmişlər. Doğru İslama yürüyənlər üçün İslam dini hər an yenidən insana açılır, tükənmir, bitmir. Yanlış din anlayışı insan üçün artıq özünün qərar verdiyi görüntüdə tamamlanır, yekunlaşır. Bu tamamlanmanın arxasında, yanında nə varsa hamısı silinməli, yox edilməli, uzaq tutulmalıdır. İslam saqqalın uzunluğudur, İslam möhürün həcmidir, İslam ölüb bu dünyadan canını qurtarmaqdır, İslam öldürüb həzz almaqdır.
Bu yalnız dinlə bağlı qarşıdurma deyil. Rusiya şəhərlərində də bu ölkənin kəşfiyyat orqanlarının yönləndirməsi ilə bir-birini gülləbaran edən azərbaycanlıların “bazar polkası” davası da motiv etibariylə fərqlənsə də, nəticə etibarilə eyni xarakterin məhsuludur.
Əslində bu mənzərə nəyi bir daha bizlərə göstərir? Nəyin uğrunda savaşdığını, yaşadığını bilməyən, tarixi təsadüflərin gətirdiyi qazancı xərcləyən, yanlış bir din anlayışının sıxıntısını yaşayan bu gün azərbaycanlı adlanan bir milli kimliyin Arazın o tay-bu tayındakı, eləcə də Rusiyanın hər tayındakı acınacaqlı durumunu. İllərdir fəxr etmişik ki, güney Azərbaycanda bütün inqilablar Təbrizdən başlayıb. Bütün inqilablar da keçici bir qızışmadan başlayır və emosiyaların ağlı üstələməsi ilə hər kəs sabahın məsuliyyətini düşünmədən dərhal qısa bir zamanda hər şeyin həllinə çalışır. Ağıl yenidən oyanmağa başlayanda anlaşılır ki, öz əlinlə öz düşmənini başına çıxarmısan, qazandığın da minlərlə qətledilən insanın adlı-adsız qəbirləridir. Bizim əcdadların yaşadığı Azərbaycan adlanan coğrafiyada beş yüz il öncə də beləydi, 35 il öncə də, indi də...Yaxşı ki, İranda bu inqilablar ənənəsi bir az geridə qalıb və ağlın imkanları ilə milli kimliklər üçün nələrinsə tədricən qazanılması yolları açılıb. İndi İran Məclisində müzakirələr gedir ki, ölkədə yaşayan bütün xalqların dillərində məktəblər açılsın. Bu təkliflə ərəblər, bəluclar, türkmənlər, kürdlər çıxış edirlər, Azərbaycan türklərini təmsil edənlərin səsi gəlmir. Millət vəkilləri susurlar. Bəziləri isə bunun əleyhinə olduqlarını belə gizlətmirlər. Hətta bir sıra fars millət vəkilləri də, tanınmış fars aydınları da İranda yaşayan xalqların ana dilində məktəblərinin olması fikrini dəstəkləyirlər. Bunun qarşılığında sosial şəbəkələrdən oxudum ki, hətta Təbrizin bələdiyyə başqanı məsxərəli üslubda belə bir ifadə də işlədib: “Küçələrdə danışılan dili siz Ana dilimi hesab edirsiniz?”
Mən Suriya ilə nədən başladım? Vaxtilə İran-İraq savaşında da kor-koranə başqasının hədəfi üçün başını-bədənini fanatikcəsinə güllə qabağına verən bizim güneyli soydaşlarımız idi. Bu gün də Suriyada hər iki tərəfdə döyüşən yenə də bizim başqasının ideyası üçün ölməyə hazır güneyli-quzeyli azərbaycanlımızdır. Savaşı da, inqilabı da başqasının çıxarı üçün edirik, öz çıxarımız üçün bir Urmiya gölünün qurumasının qarşısını almağa, məğlub olduğumuz bir Qarabağ ayıbını üzərimizdən götürməyə, öz ana dilimizin haqqını bir ölkənin parlamentində kürd qədər, bəluc qədər, ərəb qədər almaqda israrçı ola bilmirik. Bir qismimiz bir Kral dininin axmaq fanatına çevrilirik, digər qismimiz bir Molla dininin axmaq fanatına çevrilirik, Allahın dininin gözəlliklərinə, məsuliyyətinə eyni bağlılığı ortaya qoya bilmirik.
Narahatçılıq yaradan məqam budur ki, dəyişən dünyanın hərəkət trayektoriyasında dini də, demokratiyanı da, insana, təbiətə, təhsilə, sağlığa münasibəti də eybəcərləşdirərək yavaş-yavaş özümüzəməxsus bir milli xarakter formalaşdırmağa meyllənirik. Bu gedişlə səslənişi gözəl xəyallarla Bütöv Azərbaycan deyilən bir ərazini şerlərdə, mahnılarda bir-birinə birləşdirdik, Bütöv Azərbaycanlını haradan tapacağıq? 
Müasirliyi ilə, sağlam dini inancı ilə, doğru tarix şüuru ilə, 30 milyon adam sayı ilə deyil, dünyada söz sahibi olacaq 30 düşüncə adamı ilə fəxr etməyi arzulayan Bütöv Azərbaycanlı kimliyindən danışıram...Güneydə, Quzeydə, Rusiyada, Avropada yaşamağından asılı olmayaraq...
Hələ ki, Suriyada döyüşənlər başlarını orada qatıb, hələ ki, Qarabağın başını atəşkəs kəsib, hələ ki, İran məclisində əvəzimizdən kürdlər, ərəblər, bəluclar danışır, düşünməyə qızıl bir vaxt fürsəti qazanmışıq. Mən yazaraq düşünürəm. Hər kəs öz bildiyi şəkildə düşünsün: Sabahımızı!

Fazil Mustafa,

Milli Məclisin deputatı

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM