Azərbaycan silkələndi: təkrar təkanlar ola bilər - YENİLƏNİB

19:37 / 10.02.2014

Strategiya.az xəbər verir ki, nazirliyin rəsmi saytında dərc olunan məlumat deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı yoxdur".

--------
17:56


“Bu gün zəlzələ baş verən ərazilərdə çoxdan müəyyən proseslər baş verirdi. Ərəbistan və Avrasiya plitəsi Qafqaz ərazisində toqquşurlar. Bu toqquşma nəticəsində yer üstünün horizontal sürətlərini ölçməklə biz müəyyənləşdiririk ki, hansı ərazilərdə potensial olaraq enerji toplanır. Enerji toplanan, sıxıma, gərilmə olan yerlərdə zəlzələ ola da bilər, olmaya da bilər”. 

 
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bu gün ölkədə baş verən zəlzələ barədə danışarkən deyib: “Həmin ərazidə toplanan bu enerji üzə çıxmalı idi. Tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir. Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir. Belə zəlzələlər hər zaman Azərbaycanda ola bilər. Amma biz potensial yerləri bilirik ki, harada ola bilər. Zəlzələdən də qorunmaq lazımdır. Biz təbiət hadisələri ilə birgə yaşamağı öyrənməliyik. İnsanlar bu halda təlaş keçirməməli və vəziyyətə uyğun olaraq özlərini normal şəkildə aparmağı bacarmalıdırlar”.
 
 
Zəlzələdən sonra növbəti zəlzələlərin, afterşokların ola bilmə ehtimalına gəlincə, F.Qədirov bildirib ki, bu gün qeydə alınan yeraltı təkan mainşok, yəni böyük bir təkan olub. Onun sözlərinə görə, bundan əvvəl xırda-xırda təkanlar qeydə alınıb: “Amma bu mainşok, yəni “ana zəlzələ” idi. Bunun ardınca zəif təkanlar ola bilər, amma qorxulu deyil. Əgər bu 60 kilometrə yaxın dərinlikdə olan zəlzələni normal şəraitdə ötüşmüşüksə, deməli hər şey yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Bu gün baş verən zəlzələnin maqnitudası 5.6-dır və bu da ana təkandır. Bizim zonada 5.6 bal gücündə zəlzələdən sonra yenidən 7 və ya daha yüksək gücdə zəlzələ baş verməyib”.

---------
17:39


Xəzər dənizində də zəlzələ baş verib.
Trend Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 16:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
 
Zəlzələ hiss olunmayıb. Dənizin 62 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,20 təşkil edib.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.
 
Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

---------
17:33


"Azərbaycan ərazisində baş verən zəlzələdən sonra zəif təkanlar qeydə alına bilər. Ancaq bunun problemi yoxdur. Yəni 55 km dərinliyində olan zəlzələnin avtoşokları olmalıdır". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Rixter cədvəli ilə zəlzələnin maqnitudası 5,7 olub: "Zəlzələnin dərinliyi 55 km olduğuna görə respublikanın, demək olar ki, bütün ərazilərində hiss olunub. Ancaq zəlzələ çox dərində olduğundan, dağıntı əmələ gətirməyib. Əgər bu zələlə 8-10 km dərinliyində olsaydı, dağıntılar çox ola bilərdi".

Onun sözlərinə görə, 55 km dərinliyində olan zəlzələ episentrdə və digər rayonlarda dağıntılar əmələ gətirməyibsə, bu, o deməkdir ki, elə də qorxulu şey yoxdur.

Q.Yetirmişli zəlzələ ilə bağlı yayılan şaiyələrin də düzgün olmadığını söyləyib: "Zəlzələ haqqında şaiyələr yayırlar. Bu işlə məşğul olmayanlar müxtəlif şayiələr yayırlar, artıq-əskik danışa bilirlər. Zəlzələ 3-5 bal gücündə bütün ərazilərdə hiss edilib".

--------
16:55


Aytən Zülfəliyeva adlı oxucu Milli.Az-a bildirib ki, zəlzələnin episentrinin Hacıqabulda olduğunu eşidən kimi oradakı tələbə yoldaşı ilə əlaqə saxlayıb: "Dedi ki: “İşdəyəm, hamı işdədir. Silkələnmə oldu, amma əhali evakuasiya edilməyib. Rayonun mərkəzində dağıntı yoxdur"".

---------
16:39


Trend xəbər verir ki, zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

---------
16:38

Azərbaycanda baş verən yeraltı təkanlar Şamaxı və Bakı ərazisində zəlzələ ocağında baş verib. Bu barədə anspress-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli məlumat verib.

“Zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ payaxtda və ölkənin bir çox rayonlarında hiss olunub”, - deyə Tahir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, zəlzələ çox güclüdür: "Bu yeraltı təkanlardan sonra, çoxlu sayda afterşoklar olacaq. Hazırda mütəxəssislərimiz zəlzələ baş verən ocaqda işləyirlər. Zəlzələnin mərkəzi öyrənilir”.

---------
16:37


Hacıqabul sakinlərinin Milli.Az-a verdiyi məlumata görə, zəlzələ başlayan kimi, sakinlər evlərini tərk ediblər. "Qaçdım küçəyə, gördüm ki, yaşadığım iki mərtəbəli binanın sobasının boruları titrəyir", - sakinlərdən biri bildiridi.

Qeyd edək ki, zəlzələnin episentri Hacıqabulda baş verib. 

---------
16:27
 
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Xidmətdən anspress-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ hiss olunub. 

Milli.Az CTV-yə istinadən xəbər verir ki, Lənkəranda yeraltı təkanlar 3.5 bal gücündə qeydə alınıb. Zəlzələ dah çox Lənkəranın cənub-şərqində qeydə alınıb.

---------
16:20


Milli.Az xəbər verir ki, Zərdabda saat 16:09 radələrində 4-5 bal gücündə hiss olunub.

Bundan başqa Gəncə şəhərində, Kürdəmir, Şirvan, Bərdə də hiss olunub.

--------
16:11


Milli.Az-ın məlumatına görə, yeraltı təkanlar, həmçinin Sumqayıt, Lənkəran və Biləsuvar, Xaçmaz və Qubada da hiss olunub.

---------
16:09

Bu dəqiqələrdə Bakıda zəlzələ baş verib. 

Milli.Az xəbər verir ki, yeraltı təkanlar Bakının mərkəzi və ətraf ərazilərdə hiss olunub.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM