Bundan əlavə, Bakının mərkəzində "Sovetski", "Beşmərtəbə" adlanan ərazilərin sökülməsi gözlənilir. Bütün bunların fonunda Bakı I Avropa Oyunlarını qarşılamağa hazırlaşır. Milli.Az xəbər verir ki, belə bir vəziyyətdə proseslərin nə yerdə olması və aparılan işlərlə bağlı yaranan suallara aydınlıq gətirmək üçün "Yeni Müsavat" Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla müsahibəni təqdim edir.
- Hacıbala müəllim, Binəqədi rayonunda yanan binada təmir işləri ilə bağlı vəziyyət nə yerdədir?
- Binada yüksək səviyyədə işlər gedir. 4 aya o mənzillər sahiblərinə təhvil veriləcək.
- Xətai rayonunda yanan binanın sakinləri təmir işlərinin keyfiyyətsiz aparılmasından narazıdırlar, siz nəzarət edirsizmi?
- Bütün bu deyilənlər yalandır. Orada belə hal yoxdur. Xətai rayonunda yanan binada zərər dəyən mənzillərin sahiblərinə hər birinə 15 min manat kompensasiya verilib, təmir də yüksək səviyyədə aparılır. Gələn ayın sonuna kimi mənzillər sakinlərə təhvil veriləcək.
- Hacıbala müəllim, yanan binanın sakinlərinə sağlamlığa dəyən ziyana görə kompensasiya nə zaman ödəniləcək?
- Nazirlər Kabinetinin bu haqda qərarı var və bütün işlər ona uyğun aparılır. Qərarda belədir ki, zərərçəkmişlərə 20 min manat ödənilsin. Binada 56 mənzil var idi, lakin iki mənzil əlavə olaraq ayrı-ayrı bölündüyü üçün 58 mənzil hesablandı. Bu mənzillərin sahiblərinin hər birinə 20 min manat ödənildi. Xəsarət alanlara, yəni yanğın zamanı xəsarət alması ilə bağlı xəstəxanadan, Səhiyyə Nazirliyindən arayış gətirənlərə 5 min manat, vəfat edənlərin hər birinə görə, ailələrinə 15 min manat ödənilib. Mənzil sahiblərindən 52 nəfəri kompensasiya ilə təmin olunub. 6 mənzil sahibinə kompensasiya ödənilməsi qalıb. Bunlardan birinə səbəb mənzil sahibi olan qaynana ilə evində qalan oğul və gəlin arasındakı mübahisədir. Onu birinci gün həll etməyi planlaşdırırıq. Qalan 5 nəfərin işi isə vərəsəlik hüququnun bərpası ilə bağlıdır. Vərəsəlik hüququnun bərpası prosesi 6 ay çəkir. 6 ay ərzində kim məhkəmə yolu ilə həmin mənzillərin vərəsəlik hüququnu alacaqsa, bu barədə məhkəmənin verdiyi arayışı aparıb banka verməklə pulunu verə biləcəklər.
- Hacıbala müəllim, binaların üzlüklərinin sökülməsi nə zaman yekunlaşacaq və hansı materialla üzlənməsi nəzərdə tutulur?
- Bakı şəhərində olan binaların hamısından üzlüklər tamamilə sökülüb. İndi Mətbuat prospekti və Ziya Bünyadov prospektində binaların üzlükləri keramika-qranitlə üzlənir, Mətbuat prospektində ağ daşla üzlənən, yalnız eyvanları yanğına səbəb ola biləcək materialdan olan 6 binanın eyvanı betonla üzlənəcək. Nobel prospektində bütün binalar təmizlənib, onların hamısı və digər binalar Almaniyadan, Finlandiyadan və Amerikadan gətirilmiş və xüsusi instruksiya ilə nəzərdə tutulmuş rənglərlə boyadılacaq. İyun ayının 10-a qədər bu işlər yekunlaşmalıdır. Bütün işlər ayın 10-da qurtaracaq.
- Bakıda hansı ərazilərin sökülməsi nəzərdə tutulur və nə zaman başlanacaq?
- Söküntü işləri artıq başlayıb. Hazırda "Sovetski" adlanan ərazi sökülür. Orada 4 mərhələli sökülmə gedəcək. Birinci, artıq "Sovetski"də söküntü işləri son mərhələyə gəlib çatıb. İkinci, "Nizami" metrostansiyasından İstiqlaliyyət küçəsinə qədər olan ərazi, "Təzəpir" məscidinin ərtafındakı evlərin sökülməsi nəzərdə tutulur. Üçüncü, "Beşmərtəbə"nin yanından Şəmsi Bədəlbəyli küçəsinə paralel olan küçələrdə, Dilarə Əliyeva, Vidadi küçələrinin sökülməsi nəzərdə tutulur. Sökülən ərazilər yalnız və yalnız yüksək səviyyəli yaşıllaşdırma və istirahət zolaqlarına çevriləcək.
- Hacıbala müəllim, son olaraq, Bakı Avropa Oyunlarına hazırdırmı?
- Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq var. Bütün idman zalları və stadionlar, su idman stadionları hamısı Avropa Oyunlarına tam hazırdır. Mən əminəm ki, biz yüksək səviyyədə bu Avropa Oyunlarını başa vura biləcəyik.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM