Türkiyədəki parlament seçkisinin ilk nəticələri bəlli olub

09:03 / 08.06.2015

İyunun 7-də XXV çağırış Türkiyə Böyük Millət Məclisinə keçirilmiş seçkinin  ilk nəticələri açıqlanıb.

 

APA xəbər verir ki, elan olunmuş nəticələrə görə, 2011-ci ildə keçirilmiş son parlament seçkisi ilə müqayisədə təxminən 9% səs itirərək 41% səs alan  Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına  çoxluq hökuməti qurma gücünü itirib.

 

Xatırlatmaq yerinə düşər ki, partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə keçirilən prezident seçkisində 51.7% səs alıb. Seçkinin nəticələrini Konyada öyrənən AKP sədri və baş nazir Əhməd DavudoğluAnkaraya hərəkət etməzdən əvvəl partiyanın tərəfdarlarına müraciət edərək təşəkkürünü bildirib: ”Bundan sonra da  birlikdə olacağıq, gözəl günlər bizi gözləyir. Heç kimin önündə əyilməyəcəyik. Allah sizdən razı olsun”.

 

Konstitusiyaya görə, baş nazir Əhməd Davudoğlu bazar ertəsi hökumətin istefa ərizəsini  prezidentə təqdim edəcək. Türkiyədə formalaşmış siyasət ənənəsinə görə, prezident Ərdoğan növbəti hökumət qurulana qədər Əhməd Davudoğlundan baş nazir vəzifəsini icra etməsini xahiş edəcək. Siyasi təmayüllərə uyğun olaraq, prezident Ərdoğanın yeni hökumətin qurulması səlahiyyətini Məclisin birinci partiyasının lideri olan Əhməd Davudoğluna verməsi gözlənilir. Hökumətin Məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 260 mandat qazanmış AKP-nin  təkbaşına çoxluq hökuməti qurması mümkün görünmür. Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, prezidentin  Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmə səlahiyyəti var.

 

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu  kimi yenə seçkidən ikinci yerdə çıxaraq təxminən 130 mandat qazanıb. 7 iyunda keçirilmiş seçkidə əsas fərqlənən isə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratk Partiyası (HDP) olub. 2011-ci ildəki seçkidə Məclisə  54 millət vəkiliylə girən MHP bu dəfə təxminən 16.5% səslə 84 mandat qazanıb. Seçki xəritəsinə baxılanda MHP-nin təsirli olduğu bir  çox bölgədə reytinqini yüksəltdiyi görünür. 7 iyunda keçirilmiş seçkinin ən önəmli hadisəsi isə 2014-cü ilin  iyununda qurulan HDP-nin 11.5% səslə 10%-lik ölkə bariyerini keçməsi və təxminən 75 millət vəkili  mandatı qazanmasıdır. Belə ki, son iki seçkiyə müstəqil namizədlərlə girərək daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü  siyasi hərəkat  ilk dəfə  10%-lik ölkə bariyerini keçərək Məclisdə 75 mandat qazana bilib..

 

Daha əvvəl İstanbul millət vəkili olub bu dönəmdə Ankaradan seçilən Sırrı Sürəyya Öndər partiyanın tərəfdarlarına müraciət edərək “Bu gecə qələbəni qeyd etməməyə, seçki məntəqələrində qalaraq səsləri qorumağa” çağırıb.

 

MHP-nin seçki uğuruna diqqəti cəlb edən siyasi müşahidəçilər “İqtidar partiyasının dövlətin bütün imkanlarından istifadə edərək apardığı qeyri-bərabər təbliğat dönəmindən sonra CHP-nin əldə etdiyi nəticəni uğursuz saymadıqlarını” bildiriblər.

 

Konstitusiyaya görə, seçkidən sonrakı mərhələdə Məclisin yeni rəyasət heyəti formalaşdırılacaq. Yeni sədr seçilənə qədər Məclisin ən yaşlı üzvü sədr seçkisi prosesini idarə edəcək. Məclisin spikeri seçiləndən sonra isə vəzifəni ona təhvil verəcək. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM