Axar.az xəbər verir ki, yığıncaqda seçki nəticələrinin analizindən savayı koalisiya və erkən seçkilərlə bağlı məsələlər müzakirə olunur.
AKP səlahiyyətlilərinin verdiyi məlumata görə, Davudoğlunun istefa verəcəyi gözlənilir. O bu gün, ya da sabah prezident Rəcəb Tayyib Ərdoğana istefa ərizəsini təqdim edəcək. Prezidentin yeni hökumət qurulana qədər Davudoğlundan vəzifəsinə davam etməsini istəyəcəyi gözlənilir.
Nəticələrin rəsmi elanından beş gün sonra yeni parlamentin ilk yığıncağı keçiriləcək və millət vəkilləri and içəcək. Andiçmə mərasiminin ardından Ərdoğan yeni hökuməti qurmaq üçün Davudoğluna göstəriş verəcək.