“Ərimlə küsülü olanda, görüşdüyüm adam vardı...” - Xanım sənətçidən etiraf

10:55 / 09.06.2015

Strategiya.az Müğənni Sevda Kazımovanın Bakuinfo.Az-a müsahibəsini təqdim edir
 
- Sevda xanım, xeyli müddətdir efirlərdə yoxsunuz. Dəvət etmirlər, yoxsa özünüz getmirsiniz?
- Anam dünyasını dəyişəndən sonra bir müddət efirlərə çıxmadım. Dəvət edirdilər, görürdülər ki, vəziyyətim yaxşı deyil. O ki qaldı dəvət olunmamağa, mən yalvarıb efirə çıxmağa öyrəşməmişəm. Bəzən olur ki, insanlar özləri zəng vurub, efirə çağırılmalarını xahiş edirlər. Özüm bilirəm ki, yaddaqalan insanam, illərin sənətkarıyam, sözümü deyən müğənnilərdən biri olmuşam. Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Bilirəm ki, mən varam, insanlar tərəfindən sevilirəm. Bu, mənə ləzzət edir.
 
- Yaradıcılığınızda hansı yeniliklər var?
 
- Bəstəkar Gövhər Həsənzadədən yeni mahnı almışam. Mahnı "Ürəyimin yarası” adlanır. Aranjiman da olunub, mənim oxumağımı gözləyirlər.

- Hədiyyədir?

- Yox, aldım.

- Neçəyə?

- Qiymətini deməyəcəyəm. Xoşlamıram aldığım şeyin qiymətini deyim, villalarımdan, pullarımdan danışım.

- Deməli, danışmağa villa var da...

- (gülür) Villam yoxdur və olsa belə, danışmayacağam.

- Niyə?
- Adam gözə gəlir. Bir dəfə evini göstərən kimi nəsə olur, problemlər yaşayırsan.

- Axı bir müddət tez-tez evinizi efirdə nümayiş etdirirdiniz...
- Çəkiliş evdə olmalıydı. Ancaq düşünmürdüm ki, evimi çəkdirirəm.

- Bir dəfə evinizdəki bahalı çılçıraqları da nümayiş etdirmişdiniz.

- Hətta o da yadınızdadır... Mən deməmişəm ki, çilçıraqların qiymətini aparıcı deyib. Bu şeylər aparıcıdan asılıdır.

- Evə çəkiliş qrupu gəlibsə, məlumdur ki, çilçıraqları da çəkəcəkdilər. Gələndə bunu bilmirdiniz?
- Çəkiblər, çəkiblər də.

- Bəs mahnının qiymətini demək niyə problem olur?
- O vax çilçırağın qiymətini aparıcı çox baha dedi. 

- Bir neçə min manat demişdi...

- Amma ondan ucuz idi.

- Bəs mahnını neçəyə almısınız?
- Onu deməyəcəyəm. Bəstəkar istəməz ki, mən onun qiymətini açıqlayım.

- Bəstəkarların yazdığı mahnıların təxmini qiyməti bəllidir.
- Mahnı aranjimanla bir yerdə beş minə başa gəldi.

- Ritmik mahnıdır?

- Orta.

-Bəs niyə mahnının qiymətini demirdiniz?
- Sonra anladım ki, bəstəkar istəyər o qiymətə yenə müştərisi olsun.

- İnadkar insansınız?
- İnsanlara çox hörmət edirəm və hər kəsdən də bunun qarşılığını gözləyirəm. İstəmirəm kimsə bundan sui-istifadə etsin. Belə olanda kənara çəkilirəm.

- Bunu bildim. Mən inadkarlığı soruşurdum...
- İnadkaram. Əgər bir adamdan özümə qarşı pis niyyət hiss etsəm, onu "silirəm”.

- Bildirdiniz ki, efirə çıxıb-çıxmamağın sizinçün fərqi yoxdur. Burdan da beş min verib mahnı yazdırmısınız. O mahnını toylarda oxuyacaqsınız?
- O mahnı efir üçündür, toylar üçün yox.

- Efirə də çağırmırlar. Bəs harda oxunacaq?

- Bilirəm ki, brend mahnı olacaq. Gövhər Həsənzadə özü də brend xanımdır.

- Brend, yoxsa hit mahnı?

- Hit mahnı da var, brend mahnı da. Mən onu həm hit mahnı edəcəyəm, həm də brend mahnı. Yəqin ki, alınacaq. Çünki çox xoşagələn mahnıdır. Sözləri də mənə uyğundur.

- "Ürəyimin yarası” mahnısı sizə niyə aid olsun ki? Bildiyimə görə həyat yoldaşınızla barışmısınız...
- Həmin həyatı yaşayıram da, nə dəxli var? (gülür).

- Yenidən ayrılmısınız?
- Ayrılmamışam, əksinə, onu sevə-sevə yaşayıram. 

- Oğlunuzu evləndirəcəkdiniz...
- Anam dünyasını dəyişdiyinə görə qaldı. İnşallah, anamın ili çıxandan sonra toyu olacaq.

- Qaynana statusu necədir?

- Qaynana statusundan xoşum gəlmir. 

- Səbəb?

- O, mənim qızım olacaq, qaynana söhbəti olmayacaq. Mənim gəlinlərim dünyanın xoşbəxt xanımları olacaqlar. 

- Oğlunuzun seçimidir?

- Bəli, öz seçimidir.

- Yaşlanmaqdan qorxursunuz?

- Anam dünyasını dəyişəndən sonra bir anlıq anladım ki, hər kəs ölməlidir. Atam dünyasını dəyişəndə bunu düşünməmişdim. Düşünürəm ki, yaşlanmaq olar. Yaşlanıb, həm də gözəl qalmağın isə başqa ləzzəti var. Hər gün mənə deyirlər ki, necə olur belə gözəllləşirsən? Bu, mənim xarakterimdən irəli gəlir. Allah mənə gözəllik yox, nur verir. 

- Deyirlər ki, qocalsanız da, gözəl qalırsınız?
- Qocamaq deyəndə ki, mənim əlli yaşıma bir neçə il var da. 

- Amma mən bilən siz əllini çoxdan keçmisiniz.
- Allah haqqı keçməmişəm.

- Neçə il var əlli yaşınıza?
- Tapmaca kimi qalması daha gözəldir.

- Özünüzü yaşlı hesab etmirsiniz?
- Mən çox çılğınam, deyib-gülənəm. Həyatı o qədər sevirəm ki. Həyatı başqa cür sevirəm, ancaq uşaqlarla, balaca qızlarla oturub-dururam.  Ətrafımda yaşlı insanlar yoxdur.

- Bu ruhda olan insanlara gənc insanlar tez-tez sevgi etirafı edirlər... 
- Belə etirafları çox eşidirəm. O qədər yazırlar, yazırlar və hamısı da cavabsız qalır. Mənim ürəyimi almaq üçün bilirsən nə boyda insan olmaq lazımdır?

- Nə boyda?

- Eehh nə bilim... İndi elə insanlar çox azdır. 

- Elə bir insan olub?
- Ərimlə barışmamışdan əvvəl, əlbəttə ki, olub. 

- Yaşca sizdən kiçik idi?
- Deməzdim.

- Böyük idi?
- Bir-iki yaş fərqimiz var idi. Mənimçün heç vaxt yaş önəmli olmayıb deyə, maraqlanmamışdım.

- Yoldaşınızla barışandan sonra ayrı olduğunuz müddətdə həyatınızda kiminsə olub-olmaması barədə soruşdu?
- Əgər o barədə söhbət düşsə, gərək biz ayrılaq. Nə mən ondan, nə də o məndən bu barədə heç nə soruşmadıq. Bizim aramızda o qədər böyük məsafə və pərdə var ki, keçmişə qayıtsaq, bəlkə də yola getmərik. Məsafə saxlaya-saxlaya çox mehribanıq. Mən hər kəsə bizim kimi məsafəli ailə arzulayıram. Bir-birinə möhkəm məhəbbət olsun.

- Yoldaşınızla ayrı yaşadığınız müddətdə sevgiliniz olmuş insanı yenə sevirsiniz? 
- Qətiyyən.

- Bəs kimi? 
- İndi yalnız həyat  yoldaşımı sevirəm. Ağzımdan bir söz çıxan kimi dərhal yerinə yetirir. Lap gecə də olsa, dediyimi tapıb gətirir.

- Fərqli və açıq geyim tərziniz var. İllər keçdikcə bu tərzi dəyişmək barədə düşünürsünüz?
- Yaraşır, həmişə də geyinəcəyəm. Çünki həyat yoldaşım əvvəldən açıq geyinməyə icazə verib. Altmış kilo çəkim var, boyum isə 165 sm-dir. Bədənim açıq geyinməyə imkan verir, verməsə heç vaxt geyinmərəm.

İntiqam Valehoğlu

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM