Gənclər ölkəsi olan Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqət və qayğıdan qaynaqlanır. Gənclərin partiyaya axını onların ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha bu reallığı da təsdiqləyir ki, YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi «Gənc liderlər» gənc siyasətçilər üçün «Qış məktəbi»nə start verilib. Fevralın 10-dan 14-dək Oğuz rayonunda yerləşən «Afra» oteldə davam edəcək «Qış məktəbi»ndə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gəncləri və ali məktəb tələbələri iştirak edəcəklər.
Fevralın 10-da «Qış məktəbi»nin açılışı oldu. İştirakçılar komandalara bölündü, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı.
Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs etdilər. Bu fikir xüsusi qeyd olundu ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.
V.Rəhimzadə gənclərə yaradılan bu şəraitə görə ölkə Prezidenti İlham Əliyevə, YAP sədrinin müavini-icra katibi Əli Əhmədova, YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzova minnətdarlığını ifadə etdi. Bildirdi ki, gənclərimiz onlara olan etimadı əməli fəaliyyətləri ilə doğrultmağa çalışırlar.
«Qış məktəbi»nin əhəmiyyətindən, gənclərin intellektual səviyyəsinin artırılmasına, gənclər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməsindən geniş bəhs edən V.Rəhimzadə eyni zamanda layihənin əsas məqsədlərindən olan gənclərin istirahətinin lazımi səviyyədə təşkilini də yüksək dəyərləndirdi.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva partiyanın gənclərin ictimai-siyasi fəallığının, eyni zamanda istirahətlərinin yüksək səviyyədə təşkili istiqamətində atdığı addımlardan danışdı. Bildirdi ki, məqsəd gələcəyimiz olan gənclərin hərtərəfli inkişafını təmin etmək, gənc siyasətçi kimi yetişmələrinə dəstək olmaqdır.
«Qış məktəbi» çərçivəsində keçirilən debatlarda müxtəlif mövzularda müzakirələr aparılır, gənclərin biliklərinin artırılmasına xidmət edən çıxışlar olunur. Layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları, həmçinin siyasətçilərlə görüşləri də nəzərdə tutulub.
«Qış məktəbi»nin birinci günü «Nikah müqavilələrinin bağlanması və ailə məcəlləsi» mövzusunda seminar keçirildi. Seminarın moderatoru Zaur Quliyevdir. Seminarda ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatların aparıldığnı bildirildi. Qeyd olundu ki, hər bir dövlətin və millətin inkişafı, gücü onun ailə institutlarının möhkəmləndirilməsi ilə ölçülür.
Keçirilən görüşlərdə çıxış edən gənclər dövlətin, Yeni Azərbaycan Partiyasının onlara diqqət və qayğısından razılıqlarını ifadə edərək bu fikri dəfələrlə qeyd etdilər ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.
«Qış məktəbi» çərçivəsində müxtəlif növ idman yarışları da təşkil olunur. Təbii ki, bu oyunların keçirilməsində də əsas məqsəd gənclərin hərtərəfli inkişafını təmin etməkdir. İdman sağlamlıqdır. Azərbaycan gənclərinin sağlam böyüməsi hər zaman diqqət göstərilən məsələlərdəndir.
Fevralın 10-dan 14-dək davam edəcək «Qış məktəbi»nin proqramına diqqət yetirdikdə, hər günün gənclərin həyatında özəlliyi ilə seçiləcəyi diqqətdən kənarda qalmır. Təşkil olunan müxtəlif mövzularda seminarlarda, debatlarda gənclər həm öz biliklərini artıracaq, həm də bir-birlərini daha yaxından tanımaqla, əlaqələrin qurulmasına və inkişafına nail olacaqlar. Bir sözlə, bu kimi layihələr həm təcrübə, həm də bilik qazanmaq üçün geniş imkandır.
Qrup rəhbərləri gəncləri bu imkandan səmərəli istifadə etməyə çağırdılar.
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM