Strategiya.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Belə ki, ötən gün 1,0476 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında artaraq 1,0478-ə çatıb. 

Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1858-dən 1,1820 manata kimi azalıb. 

Rusiya rublunun kursunda isə bahalaşma müşahidə edilib. Rubl 0.0187-dən 0.0189 AZN-ə qədər yüksəlib. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.