XİN-dən Strategiya.az-a verilən məlumtat görə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında rəsmi səfərdə olub
Səfər zamanı nazir Elmar Məmmədyarov İraq Respublikasının Baş naziri Nuri Əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirib. İraqın Baş naziri Nuri Əl-Maliki ilə görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq perspektivləri və eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib. Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyi vurğulanıb. Nazir Elmar Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini və bu qətnamələrin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə çatdırıb. Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir Elmar Məmmədyarov, Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri riayət etməli olduğunu vurğulayıb. Nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü ifadə edib. Baş nazir Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirmişdir. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirmiş və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli olduğunu vurğulayıb. Səfər çərçivəsində nazir Elmar Məmmədyarov İraqın xarici işlər naziri Xoşyar Zebayri ilə görüşüb.
İraqın xarici işlər naziri Xoşyar Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunaraq, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə etmişlər. Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri İraqın rabitə və əyalətlər naziri əvəzi Turhan Əl-Mufti də iştirak edib.
Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq tərəfinə öz təşəkkürünü ifadə edib.
Nazir Xoşyar Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və eyni zamanda beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barəsində məlumat verib.
İraqlı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edən nazir Elmar Məmmədyarov, gələcəkdə bu imkanların daha da artırıla biləcəyini qeyd edib.
Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında Saziş" imzalanmışdır. Bu sazişin iki ölkə arasında təmasların artmasına xidmət edəcəyi vurğulanıb. Görüşdən sonra nazir Elmar Məmmədyarov və İraqın xarici işlər naziri Xoşyar Zəbayri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM