ATƏT diplomatları ABŞ-ın Azərbaycan planları barədə şok açıqlamalar veriblər

22:40 / 11.06.2015

ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinin dayandırılması üçün Azərbaycan ATƏT-ə bir ay möhlət verib. Qərb mediası bunu ölkədəki insan hüquqları və media azadlığının tənqidinə cavab adlandırır.

 

APA-nın məlumatına görə, Qərb diplomatlarının "EurActiv" saytına dedikləri isə tamamilə fərqli sözlər deyir. 

 

“Azərbaycan hökuməti ATƏT-ə bildirir ki, ölkə ATƏT-in Layihə Koordinatorunun Bakıda fəaliyyət göstərməsinə daha ehtiyac duymur”, - ATƏT-in Vyanadakı baş qərargahına rəsmən təqdim olunmuş diplomatik qeyddə deyilir.

 

Ofisin bağlanılması üçün verilən müddət iyulun 4-ü bitir ki, bu da ABŞ-ın müstəqillik gününə təsadüf edir.

 

Yazıda qeyd olunur ki, "Radio Free Europe"-nın xəbərinə görə, Azərbaycanın bu addımı Qərb rəsmiləri və beynəlxalq insan hüquq müdafiəçilərinin ölkədəki insan haqları və media azadlığı ilə bağlı genişlənən tənqidləri ilə bağlıdır.

 

Lakin Bakıdakı və ATƏT-in Vyanadakı baş qərargahındakı diplomatlar EurActiv-ə bildirib ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa o da  ABŞ diplomatıdır. Onlar iddia edir ki, amerikalılar Azərbaycanda hakimiyyət dəyişikliyinə can atırlar.

 

Müxtəlif mülahizələr müəyyən məqamlarda uyğun gəlir. ATƏT-in Bakıdakı missiyası 2009-cu ildə açılıb, ATƏT-in sabiq səfiri Koray Tarqay mandatı dönəmində müxtəlif çətinliklərlə üzləşib. Məlumata görə, 2012-ci ilin iyulundan 2013-cü ilin iyuluna kimi Targay ABŞ təzyiqi altında ölkə haqqında bəzi tənqidi fikirlər bildirib.

 

2013-cü ilin yayında, ATƏT-in missiya üzvlərinin müxalifətin qeyri-qanuni nümayişinə qatılan zaman isə bu təzyiqlər pik həddə çatıb. ATƏT-in missiya üzvləri bu cür hadisələri müşahidə edə bilərlər, lakin kənardan. Bildirilir ki, ATƏT-in missiya üzvləri faktiki olaraq nümayişdə iştirak ediblər.  Bununla bağlı mübahisə yaranıb, Azərbaycan rəhbərliyi missiyanın fəaliyyətinin dayandırılmasını istəyib.

 

Xatırlatmaq yerinə düşər ki, ATƏT-in missiyaları ölkələrin öz təşəbbüsü ilə açılır.

 

Ukrayna və Türkiyə missiyanı yeni mandat ilə fəaliyyətdə saxlamaq üçün müdaxilə ediblər. Yeni mandat bunu siyasi bəyannamə etməyə və büronu “ATƏT-in Layihə Koordinatorluğu”na çevirməyə imkan vermir.

 

Yeni mandat 2013-cü ilin iyulunda qəbul edilib və yeni səfir Aleksis Şahtaxtinski 2014-cü ilin martında Bakıya gəlib. ATƏT-in Layihə Koordinatorluğunun hazırda fəaliyyət göstərən internet səhifəsinin yazdığına görə, onun əsas prioritetləriATƏT-in öhdəliklərinin uğurla yerinə yetirilməsində Azərbaycana kömək etmək; terrorizmlə mübarizə, Azərbaycanda dini tolerantlığın daha da irəli aparılması, məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığın və yaxşı dövlətçilik layihələrinin inkişafı olub.

 

Məlumata görə, yeni səfir mandatına ciddi hörmət edib və siyasi bəyanatlar verməkdən, hakimiyyəti tənqid etməkdən imtina edib. Lakin  ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer onun daha çox siyasi rol oynamasını, ABŞ-ın Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi strategiyasının davamçısı olmasını istəyib.

 

 

Diplomatik mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyanın Vyanada Fransaya və ATƏT-in baş katibi Lamberto Zannierə qarşı təzyiqi artıb. NəticədəATƏT səfiri ilə mayın 31-də bitən müqaviləsini yeniləməyib.

 

 

“EurActiv”ə bildirilib ki, Azərbaycan hökuməti bunu “Əgər Şahtaxtinskinin varisi eyni qayda ilə işləsə, o da işdən azad ediləcək. Bu onun öz mandatını pozaraq işləməsinə təhrik edəcək. Bu qəbuledilməzdir" deyə əsaslandırıb və Bakının qərarı missiyanın fəaliyyətinin dayandırılması olub.

 

Məlumata görə, bu hadisələrdən qabaq Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib.

 

"Xüsusi xidmət fonu olanlar insan hüquqlarından hakimiyyətin dəyişdirilməsi üçün bəhanə kimi istifadə edərək xarici siyasəti alətləşdirmək üçün ATƏT-dən istifadə edir. Lakin bu Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistan  ilə müharibə şəraitində olan Azərbaycanda keçməz”, - deyə diplomat bildirib.

 

ATƏT-in Bakı missiyasının Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa mandatı yoxdur. Bu işlə ATƏT-in Minsk Qrupu məşğul olur.

 

“Amerika Azərbaycanı nə qədər çox tənqid edərsə, Azərbaycan bir o qədər çox yaxınlaşacaq Rusiyaya. Amerikanın istəyi budur?”, - deyə diplomat bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan mükəmməl ölkə deyil, lakin heç bir ölkə mükəmməl deyil: “Əgər Qərb buradakı vəziyyəti yaxşılaşdırmaq istəyirsə, o zaman çevrilişə deyil tədricən inkişaf etməsinə kömək etməlidir”.

 

Əslində neft və qazla zəngin olan Azərbaycan heç bir super güc ölkəsinə yaxınlaşmaq, nə də Aİ ilə assosiasiya sazişi bağlamaq istəmir. Azərbaycan Avropa ilə Asiya arasında, eləcə də Müsəlman və Xristian dünyası arasında körpü rolunu oynamaq istəyir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM