I Avropa Oyunlarının açılışı 12 hissədən ibarət olacaq

19:47 / 12.06.2015

Açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna insan axını başlayıb 

 
Strategiya.az-ın “buro247.az” saytına istinadən xəbərinə görə, açılış mərasimi Bakı vaxtı ilə saat 21:05-də Olimpiya Stadionunda keçiriləcək. Mərasim dünya miqyaslı iki bədii direktor və onların xüsusi yaradıcı komandaları tərəfindən təqdim olunacaq. Açılış mərasiminin bədii direktoru Dimitris Papaioannou, Afina 2004 Olimpiya Oyunlarının açılış və yekun mərasimlərinin yaradıcısıdır. 

 

Açılış mərasimi 12 hissədən ibarət olacaq.

 

Salamlama: Mərasim Alim Qasımovun bədahətən ifa etdiyi muğamla başlayacaq. 50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra geriyə saymaq Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyini göstərir. Səhnə 1000 nəfərə yaxın rəqqasənin Azərbaycanın dünyaca məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəklərilə örtülür.

 

Odlar yurdu: Şeypurun sədaları prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayır. Azərbaycanın dövlət bayrağı qaldırılır və himni səsləndirilir.

 

İlk alov: Avropa Oyunlarının aprelin 26-da Atəşgah məbədində alovlandırılan, həmin gündən 1000-dən çox məşəlçinin daşıdığı, təxminən 5500 km məsafə qət edən məşəl bu axşam sonuncu məşəlçinin stadiona daxil olması ilə başa çatacaq.

 

Miniatürlər bağı: Dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru var. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. O. "Miniatürlər bağı"nın mürəkkəb elementləri və canlı rənglərilə tamaşaçıları öz dünyasına aparacaq.

 

Nar: Nar sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir. Əlli bayraq: Bu, 50 ölkəni təmsil edən təxminən 6000 idmançı üçün ağır məşqlər dövrünün geridə qaldığını və Oyunların həyəcanının qarşıda durduğu andır. Xalqların paradı Olimpiya oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan öndə olmaqla başlayır. Paradı ev sahibi Azərbaycan başa vurur.

 

Bir bayraq: Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif yerlərindən olan səkkiz tanınmış qadın və kişi idmançı gətirir. Bir bayraq Avropa Olimpiya Komitəsinin bu axşam stadiona toplaşmış 50 üzvünü təmsil edir.

 

Birlik: Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERn) 60 ildən çoxdur xalqları elm zəminində sülhə gətirir. Avropa Oyunları beynəlxalq birliyin idmandan qaynaqlanan yeni alovudur. Böyük adron sürətləndiricisi 100-dən çox fizik və mühəndisin cəmləşdiyi qurumun - Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur.

 

Avropa və buğa: Texnologiya dünyasından əfsanələr aləminə, Kainatın yaranışını dərk etməkdən qitəmizin adının mənşəyini anlamağadək. Əfsanəvi şərq şahzadəsinin şərəfinə adlandırılan Avropa hekayəsi yada salınır.

 

Oyunlar başlansın: Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyir. Ardınca prezident İlham Əliyev Oyunları rəsmə şəkildə açıq elan edir.

 

Mənşələr: Yazın gəlişini simvolizə edən Novruz - Azərbaycanın ən əlaçətdar bayramıdır. Novruzun ardınca Küləklər şəhəri Bakı, Yanardağ, Qobustanın hekayəsi canlanacaq.

 

"Yallı": Bu axşamın ifaçıları (təxminən 2000 nəfər) səhnəyə toplaşaraq, mərasimi sevinclə başa çatdırırlar. Onlar "Yallı" rəqsini oynayırlar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM