Trend-in məlumatına görə, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu məsələ barəsində eşidən kimi araşdırmanın aparılmasına başlanılıb: "Biz sonadək araşdırma apardıq. Әvvəl deyildi ki, bu toqquşma kənddə olub. Biz araşdırdıq, aydın oldu ki, orda olmayıb. Sonra dedilər ki, yeməkxananın yanında olub. Bu da düzgün olmadı. Daha sonra deyildi ki, şəhərdə hardasa olub. Amma bu da mümkün deyil. Tam məsuliyyətlə deyirəm ki, bu, şayiədir, belə hal olmayıb. Biz istəməzdik ki, belə hal olsun. Rusiya və Ukrayna komandaları da belə halın olmadığını etiraf etdilər".