İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini qarşıladı.
Görüşdə Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Vladimir Vladimiroviç.
İcazə verin, Sizi yenidən Azərbaycana gəlməyiniz münasibətilə ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz!
Dünən Rusiya milli bayramını qeyd edirdi. Bununla əlaqədar icazə verin, bir daha Sizi və bütün Rusiya xalqını səmimi qəlbdən təbrik edim. Qeyd edim ki, belə bir bayram günündə Sizin buraya gəlməyinizə Azərbaycanda böyük əhəmiyyət veririk. Biz bunu dövlətlərimiz arasında dostluğun və yüksək səviyyəli əməkdaşlığın təcəssümü kimi qiymətləndiririk. Ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik inkişaf edir. Bu əlaqələr ildən-ilə daha da yüksəlir. Biz Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və digər yerlərdə görüşürük. Həmçinin bizim nazirlər müxtəlif səviyyədə görüşlər keçirir və müzakirələr aparırlar. Bütün istiqamətlərdə fəal dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sahədə yaxşı nəticələr var. Dünyada iqtisadiyyatın çətinliklərinə baxmayaraq, biz iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq potensialımızı artırırıq. Deyərdim ki, humanitar sahədə də bizim əlaqələrimiz nümunəvidir və biz öz uğurlarımızı inkişaf etdiririk. Başqa sözlə, ölkələrimiz arasında münasibətlərin mümkün səviyyəsi əlaqələrimizi daha da inkişaf etdirməyə və gələcəyə nikbin baxmağa imkan verir. Bir daha Azərbaycana xoş gəlmisiniz!
X X X
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Mən də öz tərəfimdən Sizi dünən reallaşan tarixi hadisə - ilk Avropa Oyunlarının açılışı münasibətilə təbrik edirəm. Bu, həqiqətən də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm, təəssüratoyadıcı bir hadisə, eyni zamanda, istedadla, ləyaqətlə çox gözəl təşkil olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox gözəl alınıb.
Mən Sizin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi, dövlətlərarası əlaqələr barədə fikirlərinizlə tam razıyam. Sevindirici haldır ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Keçən il artım 12 faizdən çox olub və bu ilin birinci yarısında təxminən 6 faiz təşkil edib. Bütövlükdə bu, onu göstərir ki, azərbaycanlı sahibkarlar bizim və Belarusun mövcud bazarlarındakı imkanlardan mümkün qədər daha səmərəli istifadə edirlər. Bu da bizi çox sevindirir. Fikrimcə, əgər bu əməkdaşlıq genişlənərsə, vəziyyət daha yaxşı olacaq. Bu, bizim maraqlarımıza uyğundur. Zənnimcə, biz münasibətlərimizi daha da şaxələndirməliyik. Bunun üçün bütün imkanlar var. Əminəm ki, bütün bu tədbirlər öz müsbət nəticələrini verəcək. Dəvətə görə təşəkkürümü bildirirəm.
X X X
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar etdilər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM