Bizə yaxşı məlumdur ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirilir. Bizə bunun səbəbləri də məlumdur. Əgər bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış “Ştrasser məsələsi”nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır.
Azərbaycan parlamenti tərəfindən dəfələrlə bəyan edilmişdir və indi biz bir daha bəyan edirik ki, heç bir qarayaxma aksiyası və ya aksiyaları Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik dövlət quruculuğu yolundan döndərə bilməz. Bu yolda qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan demokratik dəyərlərə sadiqdir və sadiq olaraq qalacaqdır.
Ölkədə demokratik təsisatların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının, o cümlədən ifadə və informasiya azadlığının möhkəmləndirilməsi, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini nümayiş etdirir. 2011-ci il dekabrın 27-də Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının və azadlıqlarının tam həcmdə qorunmasına nail olmaq iradəsini əyani nümayiş etdirir.
Ayrı-ayrı şəxslərin, o cümlədən hüquq müdafiəçilərinin, vəkillərin, jurnalistlərin, bloggerlərin və digərlərinin konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb edilməsini insan hüquqlarının mütəmadi surətdə pozulması hesab etməyi qeyri-obyektiv və birtərəfli yanaşmanın bariz nümunəsi kimi qiymətləndiririk. Xatırlatmaq istərdik ki, Almaniyanın özündə də hər hansı başqa qurumlar, o cümlədən icra strukturları məhkəmələrə cinayət törətmiş şəxsləri azad etmək və ya məsuliyyətə cəlb etməmək barəsində göstəriş verə bilməzlər. Bu, hər bir hüquqi dövlətin təməl prinsipidir.
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi vardır. Ölkəmizdə müəyyən edilmiş məhkəmə prosedurları məhkəmə qərarları ilə razı olmayan şəxslərin Avropa Məhkəməsinə müraciət etməsinə təminat verir. Belə bir şəraitdə Almaniya kimi bir dövlətin parlamentində əsassız və şübhəli informasiya əsasında Azərbaycanda insan hüquqlarına və azadlıqlarına həsr edilmiş müzakirələrin keçirilməsi, təəssüf ki, ölkəmiz barəsində xoş niyyətdən xəbər vermir.
Bu gün Azərbaycanda siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, bütün qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək verilir və onların normal fəaliyyətinə lazımi şərait yaradılıb. Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi qeyri-hökumət təşkilatları demokratik dövlət quruculuğu prosesində fəal iştirak edirlər.
Almaniya Bundestaqının qətnaməsində guya Azərbaycanda din azadlığının pozulması barədə irəli sürülən iddialara gəlincə, bütün bunlar əsassız olduğu qədər də gülüncdür. Azərbaycan Qərb dəyərləri ilə Şərq dəyərlərini birləşdirdiyinə görə bu ölkədə islam, xristianlıq, yəhudilik mədəniyyətləri və digər qədim ənənələr ahəngdar şəkildə qarışaraq bir-birini tamamlayıb. Tarixin bütün dövrlərində Azərbaycan xalqı tolerantlıq nümunəsi göstərib. Dövlət rəhbərliyi səviyyəsində multikulturalizm prinsipindən imtina edən Almaniyadan fərqli olaraq, bizim ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşamaq imkanına malikdirlər, insanların milli əlamətə görə sıxışdırılması xalqımızın mentalitetinə və gündəlik praktikasına yad olan bir haldır. Qəribədir ki, Azərbaycana demokratiya dərsi keçmək niyyətinə düşmüş Almaniya Bundestaqının bəzi deputatları öz ölkələrində mövcud olan ksenofobiya, antisemitizm, islamofobiya halları, polisin həddindən artıq güc işlətməsi barəsində susmağa üstünlük verirlər.
Azərbaycanda dini icmaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Bütün dini təşkilatlar və icmalar, o cümlədən xristian icmaları dövlət tərəfindən maneəsiz qeydiyyata alınıb və alınmaqdadır. Yalnız Avropa İttifaqı ölkələrinin özündə də qeydiyyata alınmamış icmalar dövlət qeydiyyatından keçməyib. Almaniya Bundestaqının qətnaməsində dini icmalar barəsində ifadə edilmiş mülahizələr isə Bundestaqda təmsil olunmuş müəyyən şəxslərin və qrupların bayağı xristian təəssübkeşliyinə qapıldığına dəlalət edir.
Biz başa düşürük ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, 1 milyona yaxın qaçqın və köçkünün adi insan hüquqlarının pozulmasına baxmayaraq Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, dünyanın dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeritməsi, xalqın rifahının gündən-günə yaxşılaşması və digər uğurlar heç də hər kəsin ürəyindən deyildir. Bakıda ilk Avropa Oyunlarının, Avropanın tarixinə yazılan idman və gənclik bayramının açıldığı bir gündə Almaniya Bundestaqında Azərbaycana qarşı həyata keçirilən qərəzli aksiya bir daha onu göstərir ki, Azərbaycanı istəməyən qüvvələr ölkəmizi qaralamaq üçün hər bir vasitədən istifadə edir, öz niyyətlərinə çatmaq üçün insan hüquqlarını və demokratiyanı bəhanə gətirərək, dövlətlərin suverenliyi prinsipini tapdalamaqdan, beynəlxalq münasibətlərdə qəbul olunmuş adi etika normalarını pozmaqdan belə çəkinmirlər.
Almaniya Bundestaqının qətnaməsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunduğu faktı etiraf edilsə də, Almaniya dövlətinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü kimi heç bir əməli tədbir görməməsi, hətta Avropanın bir sıra dövlətləri sırasında təcavüzkarı öz adı ilə çağırmaqdan imtina etməsi onun Azərbaycan barəsində qeyri-səmimi mövqedə dayandığını göstərir.
Bütün bunları nəzərə alaraq, biz Azərbaycan hökumətinə müraciət edirik ki, Almaniya Bundestaqının 2015-ci il 12 iyun tarixli qətnaməsindən müvafiq nəticələr çıxarsın, ilk addım olaraq, bu yaxınlarda Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməsin.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM