İyunun 14-də - “Baku Crystal Hall”da keçirilən voleybol yarışının ikinci günündə kişi idmançıların mübarizəsi başlayıb.
Saat 10.00-da “A” qrupunda çıxış edən Polşa və Fransa millilərinin mübarizəsinə start verilib.

Gün ərzində 6 qarşılaşma oynanılacaq. “A” qrupunda çıxış edən Azərbaycan millisi Finlandiya ilə qarşı-qarşıya gələcək.
Bu qrupun digər görüşlərində Serbiya və Türkiyə milliləri qarşılaşacaq.
“B” qrupunda isə Slovakiya-İtaliya, Belçika-Bolqarıstan və Almaniya-Rusiya oyunları keçiriləcək.
