Bu barədə Karate üzrə Azərbaycan Millisinin baş məşqçisi Rəhman Hətəmov ANS PRESS-ə verdiyi müsahibədə bildirib. 

Onun sözlərinə görə, bu yarış Azərbaycan idman tarixində ən önəmi hadisələrdən biri olmaqla yanaşı, ölkədə karate idman növünün inkişafına böyük təkan oldu.

“İlk növbədə ölkə başçısı İlham Əliyevə çox minnətdarıq ki, şəxsən onun təşəbbüsü ilə karete idman növü Avropa idman oyunlarına daxil oldu. Biz də bu möhtəşəm bayramın bir hissəsi olduq. Azərbaycan idman tarixində bizim də öz imzamız oldu. Təbii ki, bu böyük məsuliyyət idi. Biz çox ciddi hazırlaşırdıq. Bu yarış digərlərindən fərqli olaraq bizim üçün ikiqat həyəcanlı və məsuliyyətli idi. Həm ölkə başçısının bizə verdiyi etimadı doğrultmaıydıq. Həm də, dogma vətəndə mütləq qəəbə çalmalıydıq. Həm də ilk biz çıxış edirdik. Elə nəticələr qazanmalıydıq ki, digər idmançılarımızda stimul qazansınlar. Şükürlər olsun ki, idmançılarımız bu imtahandan layiqincə çıxdılar”.

Baş məşqçi onu da qeyd edib ki, milli komanda bu yarışlarda gözlədiklərindən daha yaxşı nəticə qazanıb. Rəhman Hətəmov bu uğura görə həm də azərkeşlərin payı olduğunu qeyd edib: “Biz gözləyirdik ki, bir qızıl, bir gümüş, bir bürünc medal qazanaq. Lakin ürəyimizdə istəyirdik ki, heç olmasa 2 qızıl medalımız olsun. Şükürlər olsun ki, idmançılarımız bizə gözlənilməz sevinc bəxş etdilər. Gənc kareteçimiz Firdovsi Zərbəliyev hamımızı təcübləndirdi. Çünki o, digər idmançılarımıza nisbətən nəticələri elə də güclü deyildi. Buna baxmayaraq, Firdovsi özündə güc tapdı və bizi sevindirdi. Qızıl medal qazandı. Bizim karete ulduzumuz Rəfael Ağayevdən hamımız qızıl medal gözləyirdik. Bu onu həm daha da həyəcanlandırırdı, həm də gərgin vəziyyətə salmışdı. Heç nəyə baxmayaraq, yalnız qələbə qazanmalı idi. Sağ olsun bu məsuliyyətin öhdəsindən layiqincə gəldi. Azərkeşlərimizə də minnətdarlıq bildiririk. Onların aktivliyi idmançılara böyük güc verdi".

Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycanın kareçiləri 4 qzıl, 2 bürünc medal qazanıb. Qızıl medal qazanan idmançılar Rəfael Ağayev, Ayxan Mamayev, Firdovsi Fərzəliyev və İrina Zaretskadır. Bürünc medal qazanan karateçilərimiz isə Niyazi Əliyev və İlahə Qasımovadır.